İltihab və yaşla əlaqədardır
Yusif Nəzərli
18:06 08.04.2023
Sağlamlıq
1033
Orta və yaşlı insanlarda oynaq ağrıları daha çox olur
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun şöbə müdiri Nizami Məmmədovun sözlərinə görə, müntəzəm fiziki aktivlik oynaqların sağlam qalmasına kömək edir.
Orta və yaşlı insanlarda oynaq ağrılarının əlamətlərinə toxunan həkim deyib ki, bu insanlarda oynaq ağrılarının əsas səbəbi iltihab və yaşla əlaqədar yaranan oynaq xəstəlikləridir. Oynaq qığırdaqlarının artrozu (aşınması) ən çox yayılan oynaq xəstəliyidir:
“Oynaq səthlərini örtən qığırdaq toxumalar oynaq hərəkətlərini və oynaqda sürüşməni təmin edir. Artroz zamanı bu sürüşkənliyin pozulması, aşınmanın artması ilə sümüklərin bir-birinə sürtünməsi ağrı, sərtlik və hərəkət məhdudluğunu yaradır. Xəstəliyin başlanğıcında hərəkət və fiziki yüklənmələr zamanı yaranan ağrı xəstəlik irəlilədikcə istirahət zamanı da ağrıların olması, ətraflarda əyilmələrin meydana çıxması, hərəkətlərin azalmasına gətirib çıxarır. Hətta sonrakı dövrlərdə müalicənin aparılmasına baxmayaraq, oynaq qığırdaqlarının fiziki funksiyaların itirilməsi ilə nəticələnə bilər. Bununla belə, oynaq ağrıları oynaq ətrafı digər strukturların, məsələn vətər, əzələ, sinovial kisələrin zədələnməsi və ya oynağa digər nahiyələrdən yayılan ağrılarla da əlaqəli ola bilər. Oynaq ətrafı ciblərin iltihablanması, yumşaq toxumalarda sıxılmaların yaranması, əzələ və oynaqların həddindən artıq gərginliyi, oynaq ətrafı bəzi yumşaq toxuma hissələrinin zədələnməsi, vətərlərin və ya vətər qişalarının iltihablanması, oynaq kisələrində həddindən artıq mayenin toplanması da tez-tez rast gəlinən oynaq ağrıları səbəblərindəndir.
N.Məmmədov deyib ki, hərəkətetmə qabiliyyəti aşağı olan insanlar passiv həyat tərzi keçirirlər: “Belə həyat tərzi keçirən insanlarda piylənmə, yüksək xolesterin səviyyəsi, ürək-damar xəstəlikləri, insult və 2-ci tip şəkərli diabet kimi xəstəliklərin yaranma riskinin yüksək olduğu və bu xəstəliklərin insanın həyat fəaliyyətinə mənfi təsir etdiyi elmə çoxdan məlumdur. Eyni zamanda, bu insanlarda əhval-ruhiyyənin aşağı olması müşahidə olunur və onlar qeyri-sağlam həyat tərzinə meyillidirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Starmerdən "Apple" və "Google" şirkətlərinə tələb
20:25 08.06.2026
Texnologiya
Kılıçdaroğlu və həyat yoldaşına təhdid edən şəxs həbs olundu
20:15 08.06.2026
Gündəm
Almaniya kansleri: Ermənistan xalqı açıq şəkildə sülhü seçib
20:08 08.06.2026
Dünya
Netanyahu: İranın nüvə silahı əldə etməyəcəyinə söz verirəm
20:00 08.06.2026
Dünya
Paşinyanın qələbəsi hələ tam siyasi sabitlik demək deyil - ANALİZ
19:59 08.06.2026
Gündəm
"Fiorentina"nın yeni baş məşqçisi bilinib
19:40 08.06.2026
Futbol
Ərdoğan Delsi Rodrigez ilə görüşüb
19:23 08.06.2026
Dünya
Əsmər Əliyeva vəzifəsindən azad olundu
19:12 08.06.2026
Cəmiyyət
Türkiyə, Azərbaycan və Gürcüstan sülh çağırışı etdi
19:02 08.06.2026
Gündəm
Trampı canlandıran aktyor: “O çılğın adamdan qorxuram”
18:54 08.06.2026
Dünya
5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
18:49 08.06.2026
Gündəm
Azərbaycan nəqliyyatında yeni mərhələ başladı - İZAH
18:01 08.06.2026
İnfrastruktur