İnfarkt və insult riskini artıran amillər...
Yusif Nəzərli
12:00 23.06.2023
Sağlamlıq
632
Qanda yüksək xolesterol səviyyəsi sağlamlığa ziyandır
“Xolesterol orqanizm tərəfindən sintez olunan təbii maddədir. Qandakı xolesterolun çoxu – dəqiq desək 75 faiz qaraciyərimizdə hazırlanır, qalan 25 faizi isə qəbul etdiyimiz qidalarla orqanizmə daxil olur”.
Bu sözləri “Sherg.az”a açıqlamasında ürək-damar cərrahı Ramil Əliyev deyib.
Onun sözlərinə görə, qanda yüksək xolesterol səviyyəsi sağlamlığa ziyandır. Amma ümumilikdə xolesterol hüceyrə membranlarında və hormon sintezində çox vacib rol oynayır:
“Yaşlı insanların hər 3 nəfərindən 1-ində yüksək xolesterol səviyyəsi aşkarlanır. Əksər hallarda yüksək xolesterol zamanı heç bir simptomlar olmur, amma xolesterol qan damarlarında toplanaraq ateroskleroza, yəni damarların sərtləşməsi və daralmasına səbəb ola bilər. Qan dövranının çətinləşməsi və zəifləməsi isə infarkt və insult riskini artırır. Ona görə də 20 yaşından sonra hər 4-6 ildən bir, heç olmasa, qanda xolesterol skrininqi aparılmalıdır.
Triqliseridlərin yüksək olmasının risk faktorlarına şəkərli diabet, artıq çəki və siqarətçəkmə aiddir. 30 faiz insanlarda qida tərkibindəki xolesterol qandakı səviyyəyə çox güclü təsir edir. Belə insanlar bir az yağlı qida qəbul edən kimi, xolesterol səviyyəsi artır. Həmçinin genetik meyillilik də xolesterol səviyyəsində rol oynayır. İnsan yaşlandıqca ateroskleroz riski də artır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya