İnsan gündə ən azı 7 saat yatmalıdır
Yusif Nəzərli
11:21 30.03.2023
Sağlamlıq
688
Uzun müddət yuxusuzluq ciddi problemlər yaradır
Hazırda insanların iş rejimi, gündəlik məişət həyatında qarşılaşdıqları stress, yorğunluq, əsəb, daxili sıxıntılar, narahatlıq və s. hallar insanlarda yuxu sisteminin pozulmasına, yuxusuzluq sindromuna səbəb olur.
Uzun müddətli yuxusuzluq isə insanın həyat fəaliyyətinə çox mənfi təsir göstərir. Yuxunun cəmi 4 saat itirilməsi insan reaksiyasını 45 faiz aşağı salır. Yaddaş pisləşir, insanda müxtəlif xəstəliklərin əmələ gəlməsinə şərait yaranır. Yuxu rejimi pozulan insanlar asosial olur və insanlarla münasibət qurmaqda problemlər yaşayırlar.
“PLOS Biology”yə görə, belə insanlarda beyinin bəzi funksiyaları pozula bilir. Bunlardan biri də insanın birgə hərəkət etmək və öz hərəkətlərini başqaları ilə əlaqələndirmək bacarıqlarıdır. Kaliforniya Universitetinin alimləri müəyyən ediblər ki, yuxu pozuntusu beyinin sosial davranışı uğurla idarə etmək qabiliyyətini zəiflədir. Yuxusuzluq təkcə insanların sağlamlığına deyil, həm də sosial qarşılıqlı əlaqəsinə zərər verir.
Mütəxəssislər hesab edir ki, yuxu hər bir canlının öz əqli və fiziki sağlamlığını qoruya bilməsi üçün orqanizmin özünü yenilədiyi bioloji prosesdir. Gündəlik rejimdə baş verən fiziki və zehni yorğunluqdan sonra bədənin istirahət etməsinə şərait yaradır.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılovanın sözlərinə görə, yuxusuzluq insanı uzun müddət narahat etdiyi təqdirdə ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər: “Yuxusuzluq yuxuya getmək və ya yuxuya getməkdə çətinlik çəkən yuxu pozğunluğudur. Yuxusuzluğun simptomları yuxuya getməkdə çətinlik, gecə ərzində yuxudan tez-tez oyanmaq, səhərlər çox erkən oyanmaq, oyandıqdan sonra yorğunluq hissidir. Yuxusuzluğun yaranma səbəbi isə depressiya, xroniki stress, emosional narahatlıq, gərginlik, hormonal pozğunluq, burun çəpərinin əyriliyidir. Əgər yuxusuzluq insanı uzun müddət narahat edirsə, bu, ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Nevrotik pozuntular yaranır, yaddaş itkisi, altsheymer, neyrodegenerativ xəstəliklər, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, immun sisteminin disfunksiyası, hormonal disbalans riski artır”.
Yuxunun orqanizmin bərpası üçün zəruri olan təbii bioloji proses olduğunu vurğulayan G.İsmayılova deyib ki, sağlam insan yuxusu orta hesabla sutkada 7-8 saat davam etməlidir: “Normalda yuxu gecə saatlarında olmalıdır. İdeal olaraq insan axşam saat 22:00 ilə 23:00 arasında yatmalı və 3-5 dəqiqə ərzində yuxuya getməlidir. Bu, sağlam yuxu üçün ən optimal vaxtdır. Bu zaman stress hormonu olan kortizolun səviyyəsi azalır, melatonin (yuxu hormonu) isə əksinə, yüksəlməyə başlayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr və Fransa yeni hərbi müqavilə imzaladılar
21:37 08.06.2026
Dünya
İranda bütün uçuş məhdudiyyətləri ləğv edilib - YENİLƏNİB
21:24 08.06.2026
Region
Aleş Svoboda tarixə ilk çex astronavtı kimi düşəcək
21:12 08.06.2026
Dünya
Xameneinin harada dəfn olunacağı açıqlandı
21:00 08.06.2026
Dünya
Yeni güc mərkəzi: Bakı, Ankara və Tbilisi birləşir - TƏHLİL
21:00 08.06.2026
Gündəm
Starmerdən "Apple" və "Google" şirkətlərinə tələb
20:25 08.06.2026
Texnologiya
Kılıçdaroğlu və həyat yoldaşına təhdid edən şəxs həbs olundu
20:15 08.06.2026
Gündəm
Almaniya kansleri: Ermənistan xalqı açıq şəkildə sülhü seçib
20:08 08.06.2026
Dünya
Netanyahu: İranın nüvə silahı əldə etməyəcəyinə söz verirəm
20:00 08.06.2026
Dünya
Paşinyanın qələbəsi hələ tam siyasi sabitlik demək deyil - ANALİZ
19:59 08.06.2026
Gündəm
"Fiorentina"nın yeni baş məşqçisi bilinib
19:40 08.06.2026
Futbol
Ərdoğan Delsi Rodrigez ilə görüşüb
19:23 08.06.2026
Dünya
Əsmər Əliyeva vəzifəsindən azad olundu
19:12 08.06.2026
Cəmiyyət
Türkiyə, Azərbaycan və Gürcüstan sülh çağırışı etdi
19:02 08.06.2026
Gündəm