Köhnə dondurmada ağ və sarı rəng biri-birinə qarışır
10:49 01.06.2023
Sağlamlıq
756
İsti havalarda dondurma əvəzedilməz, qəlbi sərinlədən və ləzzətli desert kimi faydalı olsa da, həyat üçün təhlükə yarada bilər. Ona görə də dondurma alarkən onun görünüşünə və dadına diqqət etmək lazımdır.
Dondurmanın təkcə istehsalı deyil, saxlama prosesi də düzgün olmalıdır. Əks təqdirdə yararlılıq müddəti uzun olsa da, desert keyfiyyətini itirir və dadı dəyişməyə başlayır. Bəzən istehsalçı şirkətlər ötən ildən qalan və keyfiyyət göstəricilərini itirən dondurmaları yenidən satışa çıxarırlar. Qida mütəxəssisləri bildirilər ki, bu cür məhsulun rəngi digərlərindən seçilir.
AZƏRTAC xəbər verir ki, qida mütəxəssisi Seymur Qafarov deyib: “Köhnə dondurmada ağ və sarı rəng biri-birinə qarışmış şəkildə olur və bu, dondurmanın qaymağının ona yaxşı əlavə edilmədiyini və yaxşı qarışdırılmadığını göstərir. Onu dondurduqda yenidən donur və məhsula kristallik görüntü verir. Belə olduğu halda əllə toxunaraq dondurmanın içərisindəki formanın deyil, üzərində yapışan su kütlələrinin donmuş buz halına gəldiyini müşahidə etmək olar. Bu cür dondurmaları qəbul etdikdə dad keyfiyyəti su ilə itir”.
Hər kəs dondurmanın keyfiyyətini evdə asanlıqla yoxlaya bilər: “Dondurmanın kiçik bir hissəsini kəsib evdə nəlbəkiyə və ya düz müstəviyə qoyub onun əriməsinə fikir vermək lazımdır. Dondurma keyfiyyətli olduqda 10-15 dəqiqə ərzində onun bütün hissələri şaquli olaraq hissə-hissə eyni anda və eyni dərəcədə əriyir. Keyfiyyətsiz olduqda və bitki yağı əvəzedicilərindən istifadə olunaraq hazırlanıbsa, dondurmanın əriyən hissələrinin çoxu suya çıxır, forması qeyri-bərabər şəkildə əriyir və çox vaxt kiçik bir hissəsi də olsa qalır”,- deyə mütəxəssis bildirib.
Keyfiyyətsiz dondurma başağrısı, mədə-bağırsaq sisteminin pozulması və zəhərlənmə kimi hallara səbəb ola bilər. Qeyd edək ki, ev şəraitində bu deserti mənfi 18 dərəcədən yüksək olmayan temperaturda saxlamaq lazımdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya