
Koronavirus qrip kimi həyatımızda daimi qalacaq
Yusif Nəzərli
11:58 30.03.2023
Sağlamlıq
547
Payız-qış mövsümündə hətta yoluxma sayında müəyyən artımlar qeydə alınacaq
Hazırda yeni növ koronavirus infeksiyası ilə əlaqədar epidemioloji durum qənaətbəxş hesab edilir. Uzun müddətdir ki, yeni yoluxma hallarının sayı minimal - ikirəqəmli həddədir.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov deyib. Onun sözlərinə görə, yoluxan insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir, xəstəxanalara yatış sayı çox kiçik həddədir: "Hətta bir neçə vaxt davam edən bayram günlərində insanlar arasında təmasların sayının artmasına baxmayaraq, yoluxma hallarında artım müşahidə edilmədi. Bu, onu deməyə əsas verir ki, vəziyyət kifayət qədər dayanıqlıdır. Səbəb isə əhalinin əksər hissəsində xəstəliyə qarşı immunitetin formalaşmasıdır ki, bu da bir tərəfdən xəstəliyi keçirmə, digər tərəfdən isə əsasən kütləvi vaksinasiya hesabına əldə edilib. Təsadüfi deyil ki, Nazirlər Kabineti son vaxtlarda karantin rejiminin yumşaldılması istiqamətində qərarlar qəbul edir və son günlərdə də bu istiqamətdə addımlar atılmaqdadır".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus isə əmindir ki, 2023-cü ildə COVID-19 pandemiyası başa çatacaq və bu xəstəliklə bağlı beynəlxalq fövqəladə vəziyyət rejimi ləğv olunacaq: “Hazırda biz, sözsüz ki, pandemiya zamanlarında olduğundan daha yaxşı vəziyyətdəyik”. Həftəlik qeydə alınan ölüm hallarının sayı ÜST 3 il bundan əvvəl “SARS-CoV-2” virusunun yayılmasına münasibətdə birinci dəfə “pandemiya” kəlməsini işlətdiyi vaxtla müqayisədə ilk dəfə olaraq aşağıdır. “Yaxşılaşma əhəmiyyətli şəkildədir”.

İnfeksionist-hepatoloq Mərdan Əliyev də “Şərq”ə açıqlamasında deyib ki, Novruz bayramı tətili ölkədə COVİD-19 infeksiyasına yoluxma hallarının statistikasına ciddi təsir etməsə də, ölüm sayında artım müşahidə edilib: “Bildiyiniz kimi, martın 25-də analiz nümunələri müsbət çıxanlar arasında 7 nəfər koronavirusdan ölüb. Hesab edirəm ki, ölüm göstəricisinin bayram ərəfəsində artmasının əsas səbəbi də həkimə gec müraciət olunmasıdır. Bayram günlərində adətən insanlar xəstəxanaya getməyə meyilli olmur. Gözləyirlər ki, bayram bitsin, sonra müraciət etsinlər. Belə olan halda da ağırlaşma müşahidə edilir”.
Həkimin sözlərinə görə, koronavirusa yoluxma sayında üç -dördrəqəmli statistika olanda bayram tətili, kütləvi tədbirlər yoluxma sayına ciddi təsir edir: “Yoluxma sayı kifayət qədər az olduğu üçün konsertlərdə, tədbirlərdə yan- yana gələn insanların bir-birini yoluxdurması ehtimalı da azdır. Amma bununla belə yoluxma sayının rəsmi statistikadan çox olduğunu düşünürəm.
Xəstələr virusu yüngül keçirdiklərindən əksəriyyət həkimə müraciət etmir və ev şəraitində müalicə olunur. Analiz verməyə də ehtiyac duymurlar”.
Koronavirusa yoluxmanın nə zaman sıfırlanacağına gəldikdə isə infeksionist deyib ki, virusun birdən-birə tamamilə yoxa çıxması mümkün deyil: “Az-az da olsa yoluxmalar davam edəcək. Hətta növbəti payız-qış mövsümündə koronavirusa yoluxma sayında müəyyən artımlar qeydə alınacaq. COVİD-19 da qrip kimi bizim həyatımızda daimi olaraq var olacaq və mövsümündən asılı olaraq endemik hal alacaq. Çin, Tayvan kimi ölkələrdə pandemiya narahatlığı hələ də aktual olsa da, Azərbaycan da daxil digər ölkələrdə koronavirus pandemiyası bitib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kipr və Fransa yeni hərbi müqavilə imzaladılar
21:37 08.06.2026
Dünya
İranda bütün uçuş məhdudiyyətləri ləğv edilib - YENİLƏNİB
21:24 08.06.2026
Region
Aleş Svoboda tarixə ilk çex astronavtı kimi düşəcək
21:12 08.06.2026
Dünya
Xameneinin harada dəfn olunacağı açıqlandı
21:00 08.06.2026
Dünya
Yeni güc mərkəzi: Bakı, Ankara və Tbilisi birləşir - TƏHLİL
21:00 08.06.2026
Gündəm
Starmerdən "Apple" və "Google" şirkətlərinə tələb
20:25 08.06.2026
Texnologiya
Kılıçdaroğlu və həyat yoldaşına təhdid edən şəxs həbs olundu
20:15 08.06.2026
Gündəm
Almaniya kansleri: Ermənistan xalqı açıq şəkildə sülhü seçib
20:08 08.06.2026
Dünya
Netanyahu: İranın nüvə silahı əldə etməyəcəyinə söz verirəm
20:00 08.06.2026
Dünya
Paşinyanın qələbəsi hələ tam siyasi sabitlik demək deyil - ANALİZ
19:59 08.06.2026
Gündəm
"Fiorentina"nın yeni baş məşqçisi bilinib
19:40 08.06.2026
Futbol
Ərdoğan Delsi Rodrigez ilə görüşüb
19:23 08.06.2026
Dünya
Əsmər Əliyeva vəzifəsindən azad olundu
19:12 08.06.2026
Cəmiyyət
Türkiyə, Azərbaycan və Gürcüstan sülh çağırışı etdi
19:02 08.06.2026
Gündəm