Mütəxəssislərin düşüncəsi səhv imiş
Yusif Nəzərli
23:30 25.07.2022
Sağlamlıq
511
Yağlı qidalardan imtina heç də ürək-damar sistemi xəstəliklərindən qorumur
Uzun illər ərzində mütəxəssislər ürək xəstəliklərinin və piylənmənin əsas səbəbini yağlı qidalarda görürdü.
Belə hesab olunurdu ki, yağlı qidalar orqanizmdə "pis" xolesterinin səviyyəsini artırır ki, bu xolesterin də damarlarda toplanaraq damarların daralmasına, daha kövrək və zəif olmasına, tez partlamasına səbəb olur. Bu isə ürək-damar sistemi xəstəliklərinin, insult və infarkt kimi ağır pozulmaların riskini artırır.
Bu səbəbdən mütəxəssislər insanlara qidalanmada yağları mümkün qədər məhdudlaşdırmağı tövsiyə edirdilər. Bu, illər ərzində davam etsə də heç bir müsbət nəticə verməyib. Əksinə, bu qidalanma prinsipi xüsusilə populyar olan ölkələrdə (xüsusilə ABŞ-da) ürək-damar sistemi xəstəliklərinin və bu xəstəliklərdən ölüm hallarının sayı daha da artıb.
Aparılan araşdırmalar nəticəsində alimlər belə qərara gəliblər ki, yağlı qidalardan imtina heç də ürək-damar sistemi xəstəliklərdən qorumur. Dünyada ürək-damar sistemi xəstəliklərinin artmasının əsas səbəbi yağlar deyil, şəkər və tütündür.
"Komsomolskaya pravda" xəbər verir ki, Kaliforniya Universiteti alimi professor Henrix Şmidt sübut edib ki, məhz şəkərin çoxlu miqdarda qəbulu ciddi damar problemlərinə və nəticədə insulta səbəb olur. Orqanizmdə şəkər (fruktoza və ya qlükoza) molekulları zülallar və piylərlə birləşir ki, bunun nəticəsində "fruktozamin" maddəsi əmələ gəlir.
Bu maddə hüceyrələrdə toplanaraq damar divarlarını zədələyir və həmçinin dərinin kollagen və elastan liflərinin dağılmasına səbəb olur. Nəticədə insanın damarları və dərisi qocalır, zəifləyir. Zəif damarlar daha tez partlayır ki, bu da insulta səbəb olur.
Digər araşdırmalar göstərib ki, şəkər həmçinin sümüklərin sağlamlığına mənfi təsir edir və immun sistemini zəiflədir.
Beləliklə, özünüzü ürək-damar sistemi xəstəliklərindən, piylənmədən və tez qocalmaqdan sığortalamaq istəyirsinizsə şəkərin qəbulunu məhdudlaşdırın.
Alimlər gün ərzində 4-6 çay qaşığından artıq şəkəri qəbul etməyi tövsiyə etmir. Söhbət tək təmiz şəkərdən getmir. Şəkər bir çox hazır məhsulların, qazlı içkilərin və s. tərkibinə daxildir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya