Nazir: “Sağlamlığımız və qidamız üçün sağlam ekosistemlərdən asılıyıq”
Yusif Nəzərli
06:41 25.04.2023
Sağlamlıq
473
“Heyvanlar yer üzündə həyatın və insanların qidalanmasının əsasını təşkil edir. Sağlamlığımız və qidamız üçün sağlam ekosistemlərdən asılıyıq”.
Oxu.Az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (WOAH), Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) təşkilatçılığı ilə keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, iqlim dəyişikliklərinin və biomüxtəlifliyin zədələnməsinin səbəbinin daha tez-tez ortaya çıxan yoluxucu xəstəliklər olduğuna dair sübutlar var:
“Heyvanlar qlobal biomüxtəlifliyimizin bir hissəsidir və əsas məqsəd onların rifahı ilə yanaşı növlərini də qorumaqdır. Kənd təsərrüfatının inkişafı siyasətimizdə heyvandarlıq və sağlamlığın prioritet mövzu olduğunu nəzərə almaq lazımdır.
Azərbaycan sürətli iqtisadi inkişafına görə regionun lider ölkəsidir. Bizim əsas məqsədimiz malik olduğumuz təbii ehtiyatlardan istifadə etməklə iqtisadiyyatı şaxələndirməkdir. Şaxələndirmək dedikdə nəzərdə tutduğumuz, ilk növbədə, kənd təsərrüfatının inkişafına diqqət yetirilir.
Biz aqro-ərzaq sistemlərimizin davamlı transformasiyasına nail olmaq üçün böyük səylər göstəririk. Yaşıl bərpa, rəqəmsallaşma və innovativ həllər davamlı milli aqro-ərzaq sisteminin qurulması üçün gündəliyimizdəki əsas prinsiplərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Demet Akalına toxunan şəxsə şillə!
07:17 19.09.2026
Şou
Araqdan beyində degenerasiya baş verir
06:42 19.09.2026
Sağlamlıq
Vuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
05:25 19.09.2026
Aktual
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət