Nevroloq: Serebral iflic oğlan uşaqlarında daha çox rast gəlinir
08:57 03.10.2024
Sağlamlıq
838
Əlamətləri körpənin doğulduğu ilk ildə meydana çıxır
Serebral iflic doğuşdan əvvəl, doğum zamanı və ya dərhal sonra beyində baş verən problemdən qaynaqlanır.
Serebral iflic adətən körpəlikdə və ya erkən uşaqlıqda müşahidə olunur. Uşaqda hərəkət bacarıqları inkişaf etdikcə simptomlar adətən daha da qabarıq olur. Bəzi hallarda simptomlar doğuşdan dərhal sonra hiss olunur, digər hallarda isə zamanla simptomlar daha aydın müşahidə edilir.
Respublika Pediatriya Mərkəzinin nəzdində olan Uşaq Nevroloji Xəstəxanasının həkim-nevroloqu Ülkər Mürsəlovanın sözlərinə görə, perinatal və natal dövrdə asfiksiya, aşağı çəki ilə doğulma, vaxtından əvvəl doğuş, xorioamnionit, doğum travması, postnatal dövrdə isə kəllədaxili qansızma, MSS infeksiyası, bilirubin ensefalopatiyası serebral iflici yaradan və ən çox rast gəlinən risk faktorlarındandır.
“Müayinə prosesi ilk növbədə serebral iflicin klinik əlamətlərini müəyyən etməkdən başlamalıdır. Başın dairəsi, psixi vəziyyət, əzələ tonusu və gücü, duruş, reflekslər və yeriş qiymətləndirilməlidir. Daha sonra qanın ümumi analizi, kranial KT və MRT və digər müayinə üsulları ilə diaqnoz qoyulmalıdır.
Antiepileptik preparatlar və ya əzələ sıxlığını azaldan dərmanlar funksional qabiliyyətləri yaxşılaşdırmaq üçün simptomatik müalicə zamanı istifadə edilə bilər”.
Respublika Pediatriya Mərkəzi Uşaq Bərpa Mərkəzinin həkim-nevroloqu Təranə Seyidməmmədova isə “Sherg.az"a bildirib ki, vaxtından əvvəl doğulmuş körpələr arasında serebral iflicə rastgəlmə tezliyi əhəmiyyətli dərəcədə yüksəkdir. Həkim qeyd edir ki, serebral iflicə oğlan uşaqlarında daha çox rast gəlinir:
“Serebral iflicin əlamətləri körpənin doğulduğu ilk ildə meydana çıxır. Uşağın əmməsində, udmasında çətinlik yaranır, həmçinin gözlərində çəplik ola bilir. Eyni zamanda hərəkətlərdə müəyyən ləngimələr müşahidə olunur. Uşaq vaxtında başını saxlamır, çevrilmir, oturmur”.
T.Seyidməmmədovanın sözlərinə görə, serebral iflicin müalicəsi əsasən reabilitasiyadan ibarət olur:
“Müalicə prosesində fizioterapiya, ortopedik köməkçi vasitələr, loqoped, psixoloq, xüsusi pedaqoqla məşğələlər və digər reabilitasiya üsullarından istifadə edilə bilər. Bütün müdaxilələr uşağın öyrənməsini, təhsilini, sosiallaşmasını yaxşılaşdırmaq üçün aparılır. Reabilitasiya və ortopedik dəstək olmadıqda serebral iflici olan uşağın vəziyyəti fiziki olaraq ağırlaşa bilir.
Dərman preparatları isə daha çox əzələ tonusunu sabitləşdirmək, epileptik tutmalar varsa, onları aradan qaldırmaq üçün istifadə olunur”.
Uşaq Nevroloji Xəstəxanasının həkim-nevroloqu Ülkər Mürsəlova vurğulayır ki, serebral iflicin profilaktikası hamiləlik dövründən başlamalıdır:
“Hər bir gələcək ana düzgün qidalanma rejiminə əməl etməli, siqaret və digər zərərli maddələrdən uzaq durmalı, mütəmadi olaraq həkim nəzarətində olmalıdır. Uşaq doğulduqdan sonra onun sarılığını təyin etmək, tərkibində ağır metallar olan maddələrdən istifadə etməmək, uşağı yoluxucu xəstəlikləri olan şəxslərdən uzaq tutmaq vacibdir”.
Mütəxəssislər qeyd edib ki, serebral iflic həyat boyu sürən əlillik hesab edilir. Uşaq böyüdükcə deformasiyalar və oynaqlarda hərəkətsizlik arta bilir. Serebral iflici olan uşaqların 60 faiz sərbəst yeriyir. Onların 10 faizi köməkçi vasitələrlə yeriyir, 30 faizi isə əlil arabasından istifadə edir.
Serebral iflici olan uşaqlarda hərəkət pozuntuları hissiyyat, qavrama, idrak, eşitmə, görmə, ünsiyyət və davranış pozulmaları, epilepsiya və ikincili sümük-əzələ sistemi problemləri ola bilər və bunların hər biri qalıcı olur.
Həkim-nevroloqlar vurğulayır ki, qadının hamiləlik dövründə müayinələrdən vaxtında keçməsi və həkimin bütün tövsiyələrinə əməl etməsi vacibdir. Bununla yanaşı, doğuş üsulunun düzgün seçilməsi və doğuşun düzgün idarə edilməsi də serebral iflicin qarşısının alınmasında əhəmiyyətli dərəcədə rol oynayan amillərdən hesab edilir.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TƏBİB sədri daha 2 vəzifəli şəxsi işdən çıxardı
17:39 17.08.2026
Sağlamlıq
Azərbaycanda dərman istehsalı 58%-ə yaxın artıb
17:30 17.08.2026
Sosial
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya