Özbaşına dərman qəbul etməyin fəsadları çoxdur
12:15 31.05.2023
Sağlamlıq
706
Adil Qeybulla: "Bəzi dərmanlar var ki, onun qəbulu pasiyentin digər xəstəliyini kəskinləşdirir"
“Ev şəraitində həkim nəzarəti olmadan aparılan müalicə xəstəliyin klinik gedişatını həm gizlədə, həm də dəyişdirə bilər. Nəticədə xəstəliyin diaqnozu və müalicəsi ilə bağlı müəyyən çətinliklər yaranır. Evdə həkim nəzarəti olmadan dərmanların istifadəsi yolverilməzdir”. Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev deyib.
Onun sözlərinə görə, dərman vasitələrinin həkimə müraciət etmədən nəzarətsiz istifadəsinin əksər hallarda mənfi reaksiyalara səbəb olduğunu bilmək vacibdir: “Belə ki, mütəxəssislər ciddi xəstəliklərin inkişafını, o cümlədən allergik reaksiyalar, qaraciyərin toksiki zədələnməsi, zehni fəaliyyətin pisləşməsi, görmə qabiliyyətinin azalması və ya tamamilə itirilməsi, ürək və damar xəstəliklərini və s. qeyd edirlər”.
Professor Adil Qeybulla da dünyanın heç bir yerində özbaşına dərman qəbul etmək praktikasının olmadığını deyib. Yalnız bizdə belə xoşagəlməz halın müşahidə edildiyini vurğulayan professorun sözlərinə görə, Avropanın özündə də bütün dərmanlar aptektlərdə reseptlə satılır, yalnız “Aspirin”, “Parasetamol” kimi dərmanları marketlərdən almaq olar: “Bizdə də vitamin olsa belə, həkim rəyi və tövsiyəsi ilə almaq lazımdır. Heç bir dərman həkim resepti olmadan alınmamalıdır, aptek işçilərinin də bu barədə məsləhət vermələri yolverilməzdir. Həmçinin insan reseptsiz aldığı dərmanı aşağı və ya az dozada alıb qəbul edə bilər. Az dozada qəbul edilən dərmanın xəstəyə heç bir təsiri olmayacaq. Damar daxilinə vurulan dərmanları ümumiyyətlə, reseptsiz vermək qətiyyən düzgün deyil. Elə bir harmonik dərmanlar var ki, onun özbaşına alınıb dozaya əməl etmədən içilməsi də orqanizmdə fəsadlar yaradır. Bəzi dərmanlar var ki, onun qəbulu pasiyentin digər xəstəliyini kəskinləşdirir”.
A.Qeybullanın sözlərinə görə, həkim məsləhəti olmadan özbaşına qəbul edilən dərman zəhərlənməyə və hətta ölümə səbəb ola bilər: “Xəstələr özlərində olan xəstəliyinin mahiyyətini adətən düzgün dərk etmədən gedib aptekdən müəyyən dərmanlar alır. Həkim resepti olmadan dərman alıb qəbul edilməsi nəticəsində xəstənin orqanizmində yaranan fəsadların sonradan aradan qaldırılmaması dərman zəhərlənməsinə gətirib çıxarır. Allergik reaksiyaların baş verməsinə səbəb olur. Orqanizmdə müxtəlif fəsad və çatışmamazlığın yaranma təhlükəsini artırır. Hətta revmatizmal ağrı kəsicilər başda olmaqla, məlumatsız, uzunmüddətli və yüksək dozada qəbul edilən ağrıkəsicilər, həkim göstərişi olmadan içilən antibiotiklər böyrəklərdə yığılaraq qılcal damar sistemində qan dövranını pozur və süzmə funksiyasına mənfi təsir göstərir.
Ona görə də dərmanlar ancaq müalicə həkiminin resepti əsasında qəbul edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir
04:14 19.09.2026
Sağlamlıq
Afradan saxlanılma xəbərinə açıqlama
03:33 19.09.2026
Şou
Yeni komanda qururuq və dayanmayacağıq - Qurbanov
02:58 19.09.2026
Futbol
Şərur sakini Avropanın kral sülaləsi ilə qohum çıxdı
01:57 19.09.2026
Maraqlı
Putin: Təhdidlər azalmır, NATO böyüyür və genişlənir
00:35 19.09.2026
Gündəm
Antiterror əməliyyatının ildönümüdür
00:14 19.09.2026
Tarix
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
23:13 18.09.2026
Futbol
Rusiya 300 min nəfəri səfərbər edir? - Kreml açıqladı
22:59 18.09.2026
Gündəm
Nobel mükafatının məbləği artırılıb
22:20 18.09.2026
Mədəniyyət
Trampla danışdım, bəzi razılaşmalar oldu - Şeynbaum
21:43 18.09.2026
Aktual
Anar Ələkbərov şəhid anaları ilə görüşüb
21:26 18.09.2026
Sosial
Sumqayıt sakini tanışını bıçaqladı
21:11 18.09.2026
Hadisə
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
20:55 18.09.2026
Hadisə
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
20:38 18.09.2026
Mədəniyyət
Ukrayna AB ilə yeni sərhəd-keçid məntəqəsi açdı
20:21 18.09.2026
Gündəm
Almaniya benzinə tətbiq olunan vergini azaltmağı planlaşdırır
19:53 18.09.2026
Dünya