Pediatr: Autizm bütün dünyanın bəlasıdır
Pediatr: Autizm bütün dünyanın bəlasıdır
08:53 03.04.2024
Sağlamlıq
1470
Valideynlər evdə uşaqlarının ilkin reaksiyalarına mütləq fikir verməlidirlər
2 aprel “Dünya Autizm Məlumatlandırma Günü” dür. Bu gün autizm sindromlu insanların sosial problemlərini öyrənmək, onlara göstərilən diqqət və qayğını artırmaq üçün Birləşmiş Millətlər Təşkilatının qərarı ilə 2011-ci ildən qeyd olunur. Bu günün təsis edilməsində əsas məqsəd cəmiyyətin diqqətini sözügedən şəxslərin problemlərinə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Autizm spektri geniş yayılmış inkişaf pozğunluqları (PDD) başlığı altında təsnif edilən bir haldır. Bu halla rastlaşanlar ətrafdakılarla təmasdan uzaq, özünəqapanıqlı olurlar. Onlarla müxtəlif terapiyalar apardıqda öz müsbət nəticəsini verir, sosiallaşmaya meyillilik yaranır. Qeyd edək ki, autizm sindromu ilk dəfə psixoloq Leo Kanner tərəfindən 1943-cü ildə təyin olunub. Kanner 11 uşaqda gördüyü oxşar xüsusiyyətləri müəyyən edərək, bu sindroma “erkən uşaqlıq autizmi” adını verib. Daha sonra 1944-cü ildə isə avstriyalı psixiatr Hans Asperger də bir qrup uşaqda gördüyü bəzi davranışları “Autist psixopatiya” olaraq adlandırıb.
Pediatr Vaqif Qarayev isə “Sherg.az”a açıqlamasında deyib ki, autizm bütün dünyanın bəlasıdır, amma biz diaqnostika baxımından fərqli yanaşırıq:
“Əvvəllər "spektr" sözünü işlətmirdi bu işlə məşğul olan həkimlər. İstənilən davranış pozğunluğuna autizm diaqnozu qoyurdular. Daha sonra dünya tibbi ilə ayaqlaşmağa çalışdıq və “autizm yox, autistik spektr" diaqnozu qoymağa başladıq. Rəsmi diaqnoz adı isə “Autizm spektri pozuntusu”dur.
Həkim valideynlərə tövsiyə edib ki, 2 yaşlı uşağın davranışında qeyri-adi nəsə hiss edən kimi mütləq pediatra müraciət etsinlər:
“Autizm spektri pozuntusunun simptomları həyatın ilk 3 ilində başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran, beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Əgər pediatr uşaqda bir problem görsə, nevroloqa və psixoloqa yönləndirməlidir. Diaqnoz bu üç mütəxəssisin birgə konsultasiyası əsasında qoyulmalıdır mütləq. Bəzən psixiatr baxışı da vacib olur. Uşaqla məşğul olacaq psixoloqdan isə mütləq lisenziya tələb edin yoxsa pulunuz və vaxtınız boşuna gedəcək! Sonrakı reabilitasiya prosesinə loqoped də qoşula bilər. Əsas odur ki, uşaqla peşəkarlar məşğul olsun”.
Autizm spektri pozuntusunu yalnız ixtisaslı bir tibb mütəxəssisinin təyin edə biləcəyini bildirən Sabunçu Tibb Mərkəzinin Pediatriya şöbəsinin müdiri, həkim-pediatr Ramis İsmayılov isə hesab edir ki, mütəxəssislər bir uşağın autist olub-olmadığını müəyyən etmək üçün müşahidələrə, tibbi tarixçələrə və anketlərə etibar edir:
“Valideynlər evdə uşaqlarının ilkin reaksiyalarına mütləq fikir verməlidirlər. 6 aydan yuxarı körpələr valideyni ilə göz təması qurmursa, 1 yaşdan yuxarı uşaqlarda isə nitqin gecikməsi, təkrarlanan səslər və ya hərəkətlər, cisimlərin parçalarına davamlı maraq, bəzi uşaqlarda isə aqressivlik, davranış pozuntusu kimi hallar müşahidə edilərsə, mütləq həkim-pediatra və digər mütəxəssis həkimlərə müraciət edilməlidir”.
Autizm spektr pozuntusu olan uşaqlarda müalicənin necə aparılmasına gəldikdə isə pediatr qeyd edib ki, autizm spektrinin radikal müalicəsi yoxdur:
“Lakin aparılan müayinələr, müalicələr vasitəsilə (psixoloq, defektoloq) yalnız bəzi vərdişləri korrektə etmək mümkündür. Vaxtında edilən müdaxilə uğurlu nəticələr verə bilir.
Autizm spektri pozuntusunun əsas əlamətlərindən biri sosial ünsiyyət problemi, göz təmasını qura bilməməsi, uşağın paylaşdığı diqqətin minimal olmasıdır. Empatiya hissi zəif olur, uşaq başqalarını təqlid etməkdə çətinlik çəkir. Nitq inkişafında gecikmə və ya nitq olsa belə, qarşılıqlı ünsiyyətə xidmət etmir".
Həkim-pediatr vurğulayıb ki, autizm spektr pozuntusu zamanı ilkin müdaxilə mütləqdir. Diaqnoz öz təsdiqini tapdıqdan sonra uşaqlara loqoped, psixoloq, defektoloq və pedaqoqlar tərəfindən zəruri xidmətlər göstərilir:
“Autizm diaqnozu təsdiqlənəndən sonra valideynlər ev şəraitində də onların müalicələrinə çox ciddi təsir edə bilərlər. Bu uşaqlarla ünsiyyət qurmaq, onların sosiallaşmasına nail olmaq, özlərinə qapanmasına yol verməmək çox vacibdir. Bununla yanaşı, autizm spektr pozuntusu olan uşaqların mütəmadi tibbi müayinələrdən keçirilməsi, daima həkim-psixiatrın nəzarətində olmaları mütləqdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan: Ailəyə hücum milli təhlükəsizlik məsələsidir
19:53 13.04.2026
Gündəm
Starmer İsrailin Livana zərbələrini "səhv" adlandırıb
19:33 13.04.2026
Dünya
Rusiya TRIPP layihəsinə mane olur - Əziz Əlibəyli
19:13 13.04.2026
Gündəm
Tramp İran gəmilərini məhv edəcəyi ilə hədələyib
18:58 13.04.2026
Gündəm
Fars körfəzində 20 min dənizçi ilişib qalıb
18:45 13.04.2026
Dünya
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
18:38 13.04.2026
Gündəm
Hizbullah İsrailin şimalındakı hədəflərə zərbələr endirdi
18:31 13.04.2026
Region
Bəhreyn İraqa nota verdi
18:05 13.04.2026
Gündəm
Pezeşkian: Başqa ölkələrə qarşı heç bir iddiamız yoxdur
17:38 13.04.2026
Gündəm
Madyar: Xarici ölkələrin daxili işlərinə qarışmayacağam
17:37 13.04.2026
Dünya
Xalq artisti Maqsud Məmmədov vəfat edib
17:36 13.04.2026
Mədəniyyət
Orbanı vətənpərvər adlandırmaq gülüncdür - POLİTOLOQ
17:24 13.04.2026
Gündəm
Madyar Rusiyaya təşəkkür etdi
17:01 13.04.2026
Dünya
Ramin Nurəhmədov işdən çıxdı
16:57 13.04.2026
Cəmiyyət
İranın blokadası bütün sahil xəttini əhatə edəcək
16:51 13.04.2026
Dünya