
Professor: Zəhərlənmə zamanı xəstəyə maye içirmək və mədəni yumaq əsas tədbirlərdən biridir
12:03 03.03.2025
Sağlamlıq
733
Ağdamda altı nəfərin tortdan zəhərlənməsi ehtimalı ilə bağlı araşdırma aparılır.
Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.
Ağdamda tortdan zəhərləndiyi ehtimal olunan şəxslər aşağıdakılardır:
- 1962-ci il təvəllüdlü Gülbuta Şiralı qızı Əsədova
- 2001-ci il təvəllüdlü Elçin Ayaz oğlu Əsədov
- 2003-cü il təvəllüdlü Elvin Ayaz oğlu Əsədov
- 1993-cü il təvəllüdlü İsmayıl İsmayıllı
- 2006-cı il təvəllüdlü Türkan Əsədova
- 2006-cı il təvəllüdlü Nəzakət Piriyeva
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, qida toksiki infeksiyaları baş verdiyi halda çalışmaq lazımdır ki, həmin maddələr xəstənin orqanizminə daxil olmasın:

“Xəstəyə maye içirmək və mədəni yumaq əsas tədbirlərdən biridir. Ondan sonra həkim takibi başlanır və bu zaman infuziya və digər tədbirlər həyata keçirilir. Məsələ orasındadır ki, qida toksik infeksiyaları bəzən çox ağır olur və bu da batulizm ola bilər. Batulizm batulo taksindən əmələ gələn bir xəstəlikdir və bu batulo taksini ölümə də gətirib çıxarır. Ona görə də zəhərlənmə halı baş verdikdə onun nədən və necə baş verdiyi araşdırılmalıdır. Bir şeyi nəzərə almaq lazımdır ki, bəzi qida maddələrində əmələ gələn müxtəlif toksiki maddələr qaraciyər xərçənginə qədər gətirib çıxara bilər. Bütün bunların hamısı nəzərə alınmalı, və mümkün qədər insanlar diqqətli olmalıdırlar. Əvvəla, ilk yardım göstərmək qaydalarını bilməlidirlər. İlk yardımın əsas qaydası zərərverici amilin sonrakı təsirinin orqanizmdən aradan qaldırılmasıdır. Qida maddələrinin keyfiyyət parametrlərinin normal standartlarda olması çox ciddi bir məsələdir. İstər fabrik istehsalı olan, istərsə də evdə hazırlanan bütün qidalar müəyyən standartlara cavab verməlidir. Hər halda araşdırma getməlidir. Bunun əsl səbəbinin tortdan və ya başqa səbəbdən olması araşdırılmalı və tədbirlər görülməlidir. Bayat, rəngi, dadı və orqanik xüsusiyyətləri dəyişilmiş qidaların qəbulu məqsədəuyğun deyil. Evdə tutulmuş konservlər, müxtəlif tutmalar, cövhərlər, dəmləmələr və digərləri də bura aiddir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm
Sabah Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:20 06.11.2026
Ekologiya