Prostat xərçəngi susaraq gəlir - XƏBƏRDARLIQ
15:38 07.07.2025
Sağlamlıq
404
75 yaşdan sonra hər 8 kişidən biri prostat xərçəngi daşıyır
Süd və süd məhsulları uzun illərdir ki, sağlam qidalanmanın əsas komponentlərindən biri kimi qəbul olunur. Lakin Britaniyada aparılan yeni elmi araşdırmalar bu fikrə yeni bir baxış bucağı gətirib. Alimlər 30 yaşdan yuxarı kişilər arasında süd məhsullarının həddindən artıq istehlakının prostat vəzi xərçəngi riskini artırdığını bildirirlər. Araşdırmaya görə, gündəlik 400 qramdan çox süd, pendir və ya qatıq kimi məhsulların qəbulu bu riskin yüksəlməsinə səbəb ola bilər.
Mütəxəssislər bunun səbəbini süd məhsullarında yüksək səviyyədə olan kalsiumla əlaqələndirirlər. Mövzu üzrə 33 böyük tədqiqatı təhlil edən alimlər kişiləri gündə üç porsiyadan artıq süd məhsulu istehlak etməməyə çağırır. Bu nəticələr bir daha göstərir ki, sağlam həyat tərzi təkcə qidalanma deyil, eyni zamanda balans və ölçü məsələsidir.
Prostat xərçənginin kişilərdə ən çox rast gəlinən bədxassəli şişlərdən olduğunu vurğulayan onkouroloq Teymur Musayev son on illiklərdə bu şişin daha çox yayılmasını təəssüflə qeyd edib. Həkimin sözlərinə görə, 35 yaşdan sonra 10 min nəfər kişidən 1-də prostat vəzi xərçəngi baş verə bilər:
“Yaşla xəstələnmə riski yüz dəfələrlə artır. 60 yaşdan yuxarı kişilər arasında hər yüz nəfərdən biri artıq xəstədir. Yetkin yaşda, 75 yaşdan sonra səkkiz kişidən birində prostat xərçəngi aşkar edilir. Bu səbəbdən 50 yaşdan yuxarı kişilərin sağlamlığına xüsusi diqqət yetirmələri vacibdir. Sindromun fərdi komponentləri arasında arterial hipertoniya və piylənmə var. Bu faktorlar prostat xərçəngi riskinin statistik cəhətdən əhəmiyyətli bir artması ilə əlaqələndirilir. Yüksək dozada spirtli içki qəbulu və alkoqoldan tamamilə imtina etmək prostat xərçəngi riskinin və prostat xərçəngindən ölüm riskini artırır. Son illərdə süd məhsullarında olan bəzi proteinlər və prostat vəzi xərçəngi riski arasında əhəmiyyətsiz bir əlaqə tapıldı, lakin statistik olaraq təsdiqlənməyib. Prostat xərçəngi hormona həssas xərçəng növüdür. Süd və süd məhsullarında insulinə bənzər böyümə faktoru kimi stimullaşdırıcı molekulların prostat xərçəngi riskinin artmasına səbəb olduğu iddia olunur. Bu araşdırmada ortaya çıxan risk artımı həqiqətən də əhəmiyyətlidir, ancaq qeyd etdiyim kimi, statistik olaraq təsdiqlənmədiyi üçün araşdırmalar hələ davam etdirilir”.
Onkouroluqun sözlərinə görə, erkən mərhələlərdə şiş özünü gizli aparır və heç bir simptom yaratmır. Yalnız qanda prostat spesifik antigen (PSA) səviyyəsinin artması büruzə verə bilər. Bir qayda olaraq, prostat vəzi xərçəngi olan xəstələrdə prostat adenoması ilə əlaqədar sidik təzyiqinin azalması, tez-tez sidiyə getmə, sidik qaçırmaları və s.şikayətlər olur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
21:57 24.08.2026
Dünya
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual