Putinin boğazındakı izlər
Yusif Nəzərli
15:19 21.04.2023
Sağlamlıq
593
Xərçəng, yoxsa plastik əməliyyat?
Rusiya Prezidenti Vladimir Putinin xərçəng xəstəliyinə tutulması iddiaları yenidən gündəmdədir. Xəbərin aktuallaşma səbəbi isə Putinin son günlərdəki fotolarında boğazında kəsik izlərinin görünməsidir. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, Putin Pasxa bayramında Moskvadakı kilsələrdən birində dini mərasimə qatılıb. Mərasim zamanı çəkilmiş fotolarda Putinin boğazında kəsik izləri görünür. Bunlar daha çox cərrah bıçağının izlərinə oxşayır.
Elə iddia edilir ki, Putin boğaz xərçəngi – trioidə tutulub və boğaz şişinin götürülməsi əməliyyatı keçirib. Bu iddialara xarici mediada tez-tez rast gəlinir. Görüntülərə diqqətlə baxıldığında Rusiya liderinin boğazındakı izlər Z hərfini xatırladır. Məlumdur ki, “Z” rəmzi Rusiyanın Ukraynaya hərbi təcavüzündə iştirak edən zirehli texnikanın üzərinə həkk edilir. ABŞ kəşfiyyatının sənədlərindən sızmalar baş verdikdən sonra Putinin səhhəti ilə bağlı xəbərlər də dünya mediasında yer almağa başlayıb.
Dünya mediasında boğaz xərçəngi xəstəliyinin müalicəsi və cərrahi əməliyyatlarda ad çıxarmış bir həkimin son zamanlar çox tez-tez Moskvaya səfər etdiyi bildirilir. Bununla bağlı sənədlər ortaya çıxaran media cərrah Yevgeni Selivanovun Moskvadakı xəstəxanalardan birinə 166 gün ərzində 35 dəfə səfər etdiyini yazıb. Putinin boğazında kəsik izləri ilk dəfə 2020-ci ilin avqustunda görünüb. “DailyMail”ə bu barədə danışan plastik cərrah Amjad Al Yousef, bu cür yara izinin əməliyyatlar zamanı süni nəfəs aparatına qoşulanlarda rast gəlindiyini deyib. Amma bu izlər yara, cərrah bıçağı izi olmaya da bilər.
Yaşlı insanların boyun dərisində zamanla belə izlər – qırışlar əmələ gəlir. Plastik cərrah deyib ki, Putinin üzündə plastik əməliyyat etdirdiyi aydın görünür. Boynunda isə belə bir görüntü yoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyanın qələbəsi hələ tam siyasi sabitlik demək deyil - ANALİZ
19:59 08.06.2026
Gündəm
"Fiorentina"nın yeni baş məşqçisi bilinib
19:40 08.06.2026
Futbol
Ərdoğan Delsi Rodrigez ilə görüşüb
19:23 08.06.2026
Dünya
Əsmər Əliyeva vəzifəsindən azad olundu
19:12 08.06.2026
Cəmiyyət
Türkiyə, Azərbaycan və Gürcüstan sülh çağırışı etdi
19:02 08.06.2026
Gündəm
Trampı canlandıran aktyor: “O çılğın adamdan qorxuram”
18:54 08.06.2026
Dünya
5-6 aya biz Paşinyanın əsl simasını görəcəyik - Tural Abbaslı
18:49 08.06.2026
Gündəm
Azərbaycan nəqliyyatında yeni mərhələ başladı - İZAH
18:01 08.06.2026
İnfrastruktur
Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib
17:45 08.06.2026
Gündəm
Yaxın Şərqdə həlledici toqquşma hələ qarşıdadır - TƏHLİL
17:22 08.06.2026
Gündəm
Novxanıda gizli narkobunker aşkarlandı - VİDEO
16:54 08.06.2026
Hadisə
Sosial şəbəkələrdə “yaş aldatma dövrü” bitir - EKSPERT
16:52 08.06.2026
Texnologiya