
Rejiminizi dəyişdirin! Günə enerjili başlamağın 5 yolu...
09:29 10.10.2024
Sağlamlıq
714
Keyfiyyətli yuxu sağlamlığımıza və ümumi həyat keyfiyyətimizə birbaşa təsir edən mühüm amildir. Yaxşı yuxu zehni və fiziki sağlamlığımızı dəstəkləyir, enerji səviyyələrimizi artırır və əhvalımızı yaxşılaşdırır.
Bəs səhər enerjimizi artırmaq üçün nə etməliyik? Sherg.az tövsiyələri təqdim edir…
Su ilə oyan
Günə bir stəkan su içməklə başlamaq, yuxu zamanı susuzlaşan maddələr mübadiləsini canlandırmanın ən təsirli yoludur. Səhərlər acqarına limonlu su içmək immunitet sisteminizi gücləndirir və günə daha enerjili başlamanıza kömək edəcək.
Əhvalınızı musiqi ilə yüksəldin
Gününüzə şən başlamaq üçün sevdiyiniz pozitiv musiqidən ibarət pleylist yaradın. Yataq otağınızda və ya vanna otağınızda rəqs etmək və musiqi səsləndirmək səhər rejiminizi zövqlü edəcək və gün ərzində enerjinizi artıracaq.
5-10 dəqiqə uzanmağa çalışın
Zəng çaldıqda dərhal ayağa qalxmaq əvəzinə, 5-10 dəqiqə uzanmağa çalışın. Bu, qan dövranınızı sürətləndirir, endorfinləri ifraz edir və günə daha sağlam başlamanızı təmin edir.

Səhər məşqi ilə hərəkət edin
Qısa səhər gəzintisi və ya evdə 10-15 dəqiqəlik məşq xoşbəxtlik hormonu olan endorfinlərin ifrazını artırır. İdman etmək gün ərzində özünüzü enerjili hiss etməyə kömək edir və əhvalınızı yaxşılaşdırır.
Heç vaxt səhər yeməyini unutmayın!
Səhər yeməyi etməyi unutmayın! Yaxşı səhər yeməyi gün ərzində qan şəkərinizin səviyyəsini tarazlaşdırır və konsentrasiyanı artırır. Enerjili bir başlanğıc üçün sağlam və balanslı səhər yeməyi hazırlamağı unutmayın.
Bu sadə vərdişlər səhər rejiminizi yaxşılaşdıra və gününüzü daha canlı və xoşbəxt keçirməyə kömək edə bilər!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya