Satışda olan düyülərlə bağlı monitorinqlərin NƏTİCƏLƏRİ
Yusif Nəzərli
05:46 26.05.2023
Sağlamlıq
617
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Report"a bildirilib ki, tədbirlər çərçivəsində ölkə ərazisində satışda olan düyü məhsullarının saxtalaşdırılması, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olmaması barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar və Agentliyə daxil olan müraciətlər əsasında monitorinqlər aparılıb.
Qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi və istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə cari ilin mart ayının 15-dən həyata keçirilən monitorinqlər çərçivəsində ticarət şəbəkələrindən, ümumilikdə 25 nümunə götürülüb və müayinə məqsədilə laboratoriyaya təqdim olunub. 4-ü yerli, 21-i idxal edilən məhsul olmaqla, götürülmüş nümunələr bitki geninin (mənşəyinin), nəmliyin və nişastanın təyini üzrə laborator müayinələrə cəlb edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, məhsullar qida sahəsində normativ sənədin tələblərinə cavab verib.
Agentlik bəyan edir ki, sosial mediada satışda guya saxta (süni) düyülərin olması barədə yayılan iddialar əsassızdır. Son monitorinqlərin və aparılan laborator müayinələrin nəticəsi göstərir ki, dövriyyədə olan düyü məhsulları təbii mənşəlidir. Bununla belə, istehlakçılar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olarsa, bu barədə AQTA-nın “1003-Çağrı Mərkəzi”nə zəng edərək məlumat verə bilərlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran İsrailə qarşı əməliyyatları dayandırdı
15:54 08.06.2026
Gündəm
İsrail Güneyin bu şəhərini vurdu
15:33 08.06.2026
Dünya
Lisey və gimnaziyalara qəbul başlayır
14:53 08.06.2026
Elm və Təhsil
İranla yeni döyüş bu qədər çəkəcək - İsrail
14:27 08.06.2026
Gündəm
Leyen Paşinyanı təbrik etdi: "Bizə etibar edə bilərsiniz"
14:19 08.06.2026
Gündəm
Zeynəbin anası: Beş gündür qızımdan xəbərim yoxdur
14:03 08.06.2026
Cəmiyyət
Hacıqabulda açıq ərazidə təkər tullantıları yanır
14:01 08.06.2026
Hadisə
Xızı-Altıağac yolu çökdü
13:57 08.06.2026
Hadisə
Aziz Yıldırımın hücumçu planı: Muriqi və Qirassi hədəfdə
13:47 08.06.2026
Futbol
Tramp: İsrail və İran hücumları dərhal dayandırmalıdır
13:46 08.06.2026
Gündəm
Qaxda 1 ton çətənə kolu məhv edilib
13:26 08.06.2026
Hadisə
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:56 08.06.2026
Ekologiya
İsrail Müdafiə Qüvvələri: Iranın HHM sitemləri məhv edilib
12:34 08.06.2026
Dünya
Paşinyan QALİBDİR: Artıq Moskvanı müttəfiq adlandırmır
12:26 08.06.2026
Gündəm
Azərsun Holdinq beynəlxalq ətraf mühit tədbirini dəstəkləyib
12:10 08.06.2026
Ekologiya