Səhiyyə sistemi "batır": "Bir istefa ilə islahat olmaz"
Fidan Həmişəyeva
14:11 06.09.2021
Sağlamlıq
990
Səhiyyə Nazirliyinin (SN) Aparat rəhbəri Nadir Zeynalov öz ərizəsi ilə vəzifəsindən azad olunub. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hələlik onun yerinə təyinat olmayıb.
Qeyd edək ki, Nadir Azər oğlu Zeynalov 2019-cu ildə sabiq səhiyyə naziri Okray Şirəliyevin əmri ilə bu vəzifəyə təyin olunub. Bu vəzifəyə kimi isə Azərbaycan Tibb Universitetinin prorektoru vəzifəsində çalışıb.
Sözügedən istefa barədə fikirlərini «Sherg.az»la bölüşən “Borçalı” İctimai Birliyinin sədri, ictimai-siyasi xadim, həkim Zəlimxan Məmmədlinin sözlərinə görə, bir nəfər kadrın istefası islahat deyil. Bu cür istefalar səhiyyə sisteminə müsbət təsir göstərməyəcək:
“Dövlət qurumlarında islahat aparılması elə bir fundamental işdir ki, bu zaman vətəndaşlar, toplum və dövlət yararlana bilir. Bir də “islahat ritorikası” adlı anlayış var. İslahat ritorikası bizdəki kimi baş qatmaq üçündür. Ümid edirlər ki, nəyəsə nail olacaqlar. Amma heç nə edə bilməzlər. Ölkəmizdə səhiyyə batıb gedir, cəmiyyətləşmə prosesi tormozlanıb, milli məsələlərimizi həll edə bilmirik. Demokratik parlament və bələdiyyə seçkiləri olmalı, vətəndaşlar dövlətin quruculuğunda iştirak etməlidir. Eyni zamanda ciddi ictimai nəzarət olmalıdır. İctimai nəzarət mexanizmi aktiv, dinamik və legitim bir hala keçməlidir. Belə olan halda cəmiyyət islahatın dadını biləcək.
Yoxsa bir nəfərin vəzifəsindən istefa etməsi, hansısa nazirin həbs olunması kimi hallar mənasızdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Hazırda bir qədər evsizəm” - Məşhur aktyor otellərdə qalır
20:32 03.11.2026
Şou
Kobaxidze Aİ-ni açıq müzakirələrə çağırıb
20:24 03.11.2026
Gündəm
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:17 03.11.2026
Dünya
Almaniyada solçu ekstremist qrupla əlaqəli axtarışlar aparıldı
20:04 03.11.2026
Dünya
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət