Şirkət indi etiraf edib: Bu peyvənd insanları öldürür
05:24 30.04.2024
Sağlamlıq
507
COVID-19 pandemiyası zamanı Dünya Səhiyyə Təşkilatı bəşəriyyəti peyvənd olunmağa səslədi. Peyvənd istehsalçıları da getdikcə artdı. Phfizer, Sinovac… daha nələr. Biri də AstraZeneca idi. Bu peyvəndi şirkət Böyük Britaniyanın Oxford Universiteti ilə birlikdə istehsal edib.“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, şirkət indi COVID peyvəndinin çox az rastlanan yan təsirə malik olduğunu etiraf edib. Məlum olub ki, 2021-ci ildə alimlər AstraZeneca COVID peyvəndi və qanın laxtalanması (TTS) halları ilə üz-üzə qalıblar. Britaniya və ABŞ ailmləri qandakı bir proteinin AstraZeneca peyvəndindəki əsas molekula qarşı hərəkətə keçdiyini göstəriblər. Tədqiqat aparan qrupun fikrincə, bu durum təhlükəli qan qatılaşması və tromblara səbəb olacaq zəncirvari reaksiyanı tətikləyir. Bu zəncirvari reaksiyada immunitet sisteminin də rol oynadığı bildirilir. AstraZeneca peyvəndi milyonlarla insana vurulub. Lakin ölümlə nəticələnən tromblara nadir rast gəlinsə də, Britaniyada yaşı 40-dan az olanlara alternativ peyvəndlər vurdurmaq tövsiyə edilib. AstraZeneca-ya etibarsızlıq 2021-ci ildə bu peyvəndi vurdurduqdan sonra beynində qan laxtası əmələ gələn və ciddi fəsadlara yol açan 2 övlad atası Cemi Skotun 2023-cü ildə AstraZenecaya qarşı məhkəmə iddiası qaldırmaqla başlayıb. Bundan sonra daha 51 nəfər bu peyvənddən şikayətçi olub. Nəticədə kollektiv şikayət məhkəməyə çıxarılıb. Vəkillər də AstraZeneca-Oxford peyvəndinin “qüsurlu” olduğunu və peyvəndin bir çox insan üzərində mənfi təsirləri iddiasını irəli sürüblər. Lakin şirkət iddiaları qəbul etməyib. Şirkət damarda trombların əmələ gəlməsinin nadir hal olduğunu da israr edib. Zərərçəkənlər şirkətdən 100 milyon sterling maddi təzminat tələb edib. Şirkət hər nə qədər iddiaları rədd etsə də, B.Britaniyada 73 nəfərin məhz bu peyvənddən dünyasını dəyişdiyi bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya
Prezident İlham Əliyev Qazaxıstana işgüzar səfərə gəlib
12:37 15.05.2026
Gündəm
Paşinyan rusiyalı oliqarxdan üzr və 6 milyon tələb edir
12:10 15.05.2026
Gündəm