Skarlatina yoluxucu xəstəlikdir - DİQQƏT!
Yusif Nəzərli
12:22 15.06.2023
Sağlamlıq
2521
Geniş yayılmasa da, valideynlər diqqətli olmalıdır
“Mövsümi xəstəlik olmasa da, skarlatinaya ara-sıra rast gəlinir. Yayılıb deməzdim, amma valideynlər diqqətli olmalıdır. Çünki skarlatina yoluxucu xəstəlikdir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında pediatr Vaqif Qarayev bu günlərdə skarlatinaya yoluxmuş uşaqların sayında artım olması barədə yayılan xəbərlərə münasibət bildirərkən söylədi. Pediatr qeyd etdi ki, skarlatinaya adətən azyaşlı və ortayaşlı uşaqlar yoluxur. Bu da uşaq bağçaları və orta məktəblərdə uşaqların bir-biriylə yaxın təmasda olmasının nəticəsidir. Skarlatina yoluxucu xəstəlik olduğundan ümumi istifadə edilən məkanlarda təhlükə daha böyükdür.
Skarlatina streptokok infeksiyasının yaratdığı yoluxucu - infeksion xəstəlikdir. İnfeksion xəstəlik səbəbindən xırda səpkilər üzdən başlayaraq bütün bədənə - boğaza, qollara, qarın nahiyəsinə, ayaqlara yayılır. Ağız və burun ətrafı istisna olmaqla bütün bədəndə qırmızı səpkilər yaranır. Törədicisi streptokok bakteriyası hesab edilən infeksion xəstəlik əllərdə, barmaqlarda şişmələrə də səbəb ola bilir. Bir müddət sonra uşaqların dillərində qıpqırmızı səpkilər yaranır, dil sanki moruğu xatırladır, badamcıqlara yaxın isə dilin üzərində ağ ərp əmələ gəlir. Boğazda şişkinlik, badamcıqların iltihabı skarlatinanın əlamətidir. İnfeksion xəstəlik dəridə soyulmalara da səbəb ola bilər. Xüsusən 5-15 yaş arası uşaqlarda çox rast gəlinir. Xəstəlik hava-damcı yoluyla yayılır. İnfeksiyanı törədən streptococcus pyogenes bakteriyasıdır. Yaxın təmasda olan insanlar asanlıqla yoluxa bilər.
Dondurma, süd, gündəlik istifadə edilən ərzaqlar, yumurta və yumurtadan hazırlanmış qidalar mikrobla çirkləndikdə streptokok infeksiyasına səbəb ola bilər. Xəstəliyin əlamətləri yüksək hərarət və boğaz ağrısı, limfa düyünlərinin böyüməsi, tez-tez qaytarmadır. Xəstəliyin əlamətləri müşahidə olunduqda dərhal həkimə müraciət edilməlidir. Xəstəliyin gedişatında ağırlaşmalar müşahidə olunarsa, xəstə pediatr ilə yanaşı, infeksionist və kardioloq nəzarətində olmalıdır. Skarlatina bakterial xəstəlik olduğu üçün müalicəsi antibiotiklə aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya