SN: Qızılcaya yoluxmada artım var
09:21 22.12.2023
Sağlamlıq
505
Son vaxtlarda qızılcaya yoluxma hallarının sayında artım var.
Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov jurnalistlərə açıqlamasında deyib.
O xatırladıb ki, Azərbaycan 2015-ci ildə qızılcanın endemik region olmadığı haqqında Ümumdünya Səhiyyə Təşkilatının verdiyi sənədə malikdir: “Yəni, Azərbaycanda qızılcaya yoluxma halı başqa ölkədən gətirilmə ilə mümkündür. 2023-cü ilin aprel ayında Azərbaycanda yoluxma halları müşahidə olunmağa başladı. Lakin əhalinin ya xəstəliyi keçirmə, ya da peyvənd olunmaqla qazanılmış immuniteti varsa, bu zaman infeksiya başqa ölkədən gətirilsə belə, yoluxma olmamalıdır. Hazırkı yoluxma hallarının sayının artması isə onu göstərir ki, pandemiya dövründə və öndən əvvəlki dönəmdə peyvənddən əsassız yayınma halları olub”.
Təyyar Eyvazov bildirib ki, peyvənd təqviminə uyğun olaraq, uşaqlar peyvənd olunarlarsa, yoluxma halları baş vermir: “Bu gün baş verən hallar müşahidə edilərkən görürük ki, onların böyük əksəriyyəti ya peyvənd almayanlardır, ya da bir dəfə peyvənd olunan şəxslərdirlər”.
Təyyar Eyvazov qeyd edib ki, qızılcaya qarşı həssaslığı aradan qaldırmağın əsas yolu peyvənddir: “Əhaliyə çağırış edərək demək istəyirəm ki, uşaqların sağlamlığını istəyirlərsə, onlar qızılcaya qarşı vaksin almayıblarsa, peyvənd etdirsinlər. Bununla bağlı Səhiyyə Nazirliyi xüsusi təlimat buraxıb. Peyvənd işini aparan mütəxəssislərimiz də kifayət qədər məlumatlıdırlar. Hesab edirəm ki, bu istiqamətdə iş normal təşkil olunsa, düzgün aparılsa və həssas insanları əhatə etsə, biz yoluxma hallarının kəskin azaldığını müşahidə edəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Cüdo Ümidləri Turnirinin açılış mərasimi keçirilib - FOTO
21:34 25.07.2026
İdman
Rusiya ordusu Ukrayna yük gəmisinə zərbə endirib
20:58 25.07.2026
Dünya
İsrail 70 fələstinlini saxladı - Səbəb
20:27 25.07.2026
Dünya
Tramp ermənipərəst senatoru rüsvay etdi - Əlisahib Hüseynov
20:19 25.07.2026
Siyasət
Üz estetikası etdirən Didem Ceran təhdid olunur
20:01 25.07.2026
Şou
Ermənistan Baş Qərargah rəisi hərbi hissələrə səfərlərə başlayıb
19:37 25.07.2026
Region
Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA
19:30 25.07.2026
Hadisə
Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
19:27 25.07.2026
Cəmiyyət
Məhərrəmlik nə vaxt bitir?
19:24 25.07.2026
Cəmiyyət
Gürcüstanda baş verən zəlzələ Ermənistanda hiss olunub
19:04 25.07.2026
Hadisə
Benzinlə bağlı bu qadağanın müddəti artırılacaq - Novak
18:36 25.07.2026
İqtisadiyyat
Husilər: Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası davam edir
17:57 25.07.2026
Dünya
Qızmar hava əksər əhali üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ
17:45 25.07.2026
Ekologiya