Sonsuzluq problemi artıb! - SƏBƏB
Yusif Nəzərli
11:41 13.06.2023
Sağlamlıq
691
Səbəblərdən biri karyera quran qadınların sayının çoxalmasıdır
Ermənistanda hər altı sakindən biri sonsuzluq problemi ilə üzləşib.
Ermənistan mətbuatına istinadən aldığımız xəbərə görə, Ermənistanda, xüsusən də son illər sonsuzluq diaqnozu halları tez-tez qeydə alınır və ölüm səviyyəsi, xalqın qocalığı, miqrasiya ilə bağlı problemlər fonunda bu, demoqrafiya üçün daha bir ciddi problemdir. Vəziyyəti ən aydın şəkildə rəsmi statistika göstərir: son məlumatlara görə, Ermənistanda sonsuzluq səviyyəsi 16,5 faiz təşkil edir, Ümumdünya Səhiyyə Təşkilatı isə 15 faizi istənilən dövlət üçün kritik hesab edir.
Qeyd edək ki, son illər Azərbaycanda da sonsuzluq problemi artmaqdadır. Sonsuzluğun 1/3-i kişi, 1/3-i qadın, 1/3-i isə həm kişi, həm qadın səbəbli olur.
Ancaq təəssüf ki, hələ də hamı bu məsələdə rasional düşünmür, müxtəlif fərziyyələrə və hətta xurafata da uyurlar və nəticədə bəzi ciddi problemlər öz həllini tapmaqda çətinlik çəkir. Bu isə əsassız boşanmalara və qalmaqallara rəvac verir.
"Sherg.az"a danışan ginekoloq Gülər Axundovanın sözlərinə görə, sonsuzluq həyati təhlükə yaradan xəstəliklər qrupuna aid olmasa da, həm şəxsə, həm cəmiyyətə təsir edən psixoloji sağlamlıq problemidir: “Sonsuzluq bir fərdin deyil, bir ailənin problemidir. Sonsuz nikahda ərin və arvadın hər birinin payı təxminən 40-45 faiz təşkil edir. Sonsuzluq yüzlərlə səbəbdən yarana bilər. Cütlüklərin orta hesabla 15 faizi sonsuzdur. Evli qadınların təxminən 1/5 faizi sonsuzluq səbəbiylə həkimə müraciət edir. Ölkəmiz üçün bu rəqəmin 15 faizdən yuxarı olduğu düşünülür. Normal cəmiyyətdə heç doğum etməmiş qadınların yarısının hamilə qalması üçün tələb olunan orta müddət 5 aydır. Yəni heç vaxt doğum etməmiş qadınların yarısı ilk 5 ayda, qalan yarısı isə ikinci beş ayda hamilə qalır.
Hamiləlik ehtimalı zamanla birbaşa mütənasib olaraq artır. Buna görə cütlüyün 3 ayda hamilə qalma şansı 57 faiz olduğu halda, 1 ilin sonunda bu nisbət 85 faizə yüksəlir. Daha bir il gözləmə ilə, yəni ikinci ilin sonunda hamiləlik şansı 93 faizə çatır”.
Ginekoloqun sözlərinə görə, sonsuzluğun keçmişə nisbətən dövrümüzdə daha tez-tez rast gəlinməsinin səbəblərindən biri karyera quran qadınların sayının çoxalmasıdır: "Əksər qadınlar uşaq sahibi olmaq üçün vəzifədə yüksəlməyi gözləyir və buna görə yaşı keçir. Bir çox işəgötürən, o cümlədən çox böyük holdinqlər, işə götürəcəkləri qadın işçinin müəyyən müddətə hamilə qalmasına məhdudiyyət qoyur. Vaxt keçdikcə qadının reproduktiv potensialı azalır və buna görə sonsuzluq daha çox rastlanır. Əslində, uşaq sahibi olmağın ən əlverişli vaxtı kimi bir şey yoxdur. Qadının reproduktiv potensialı 20-30 yaş arasında ən yüksək səviyyədədir. Bu potensial 30 yaşdan sonra azalır və 35 yaşdan sonra kəskin və sürətli şəkildə aşağı düşür. Körpə sahibi olmağın ən əlverişli vaxtı çox fərdi bir qərardır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya