TƏBİB rəsmisi: “Suçiçəyi və “Meymun çiçəyi” xəstəliklərinin simptomları 90 faiz bir-birinə bənzəyir”
Yusif Nəzərli
13:04 20.05.2022
Sağlamlıq
507
“Hazırda bir neçə ölkədə yoluxma faktı aşkarlanmış “Meymun çiçəyi” çiçək xəstəliyinin bir növüdür. İnsandan insana yoluxma faktı daha azdır. Mərkəzi və Qərbi Afrika ölkələri, ABŞ, Böyük Britaniya, Portuqaliyada qeydə alınıb”.
Bu barədə Oxu.Az-a açıqlamasında TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva məlumat verib.
O bildirib ki, Azərbaycanda “Meymun çiçəyi” ilə yoluxma halları aşkarlanmayıb. Bu simptomla bağlı heç bir müraciət daxil olmayıb:
“Virus mənşəli xəstəlikdir. Daha çox hallarda heyvandan insana, daha az hallarda isə insandan insana yoluxma halları müşahidə olunub. Əsas simptomları yüksək hərarət, əzələ ağrıları, boğaz ağrıları, bəzi hallarda öskürək, dəri səpkiləri, qaşıntılardır. Yoluxma tənəffüs yollarından xaric olan damcılar vasitəsilə, dəri səpkilərinin möhtəviyyatı ilə, sıx təmas yolu ilə baş verir.
Çiçək virusuna nisbətən “Meymun çiçəyi” virusunun törətdiyi xəstəliyin gedişatı daha yüngüldür, həmçinin yoluxduruculuq qabiliyyəti də daha zəifdir. Bu virusa qarşı vaksinasiya mövcuddur. Çiçək xəstəliyinə qarşı olan vaksinlər də öz effektini göstərir”.
Xəstəliyin spesifik müalicəsinin olmadığını deyən N.Mustafayeva xəstəliyin adətən iki-dörd həftə ərzində öz-özünə sağalan bir xəstəlik hesab edildiyini vurğulayıb:
“Yoluxduruculuq qabiliyyətinin çox aşağı olması səbəbindən pandemiya halını alması da çox zəif ehtimaldır. Lokal olaraq bəzi yerlərdə epidemiya kimi müşahidə oluna bilər. Əvvəlki dövrlərdə də bu virusa yoluxma halları olub. Amma son dövrlərdə çiçək virusuna qarşı aparılan profilaktik vasitələr hər iki xəstəliyin azalmasına səbəb olub.
Suçiçəyi və “Meymun çiçəyi”nin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqi ondan ibarətdir ki, “Meymun çiçəyi” xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir. “Meymun çiçəyi” xəstəliyi suçiçəyinə nisbətən daha yüngül əlamətlərlə müşahidə olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ və İran arasında “tarixi sənəd” imzalanır - Yaxın Şərq dəyişir
21:36 13.06.2026
Gündəm
Tramp İranla sazişin imzalanacağını anons etdi: Tarix açıqlandı
21:07 13.06.2026
Gündəm
Bakıda dağıdıcı zəlzələ qorxusu əsassızdır - Seysmoloq
20:22 13.06.2026
Hadisə
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
19:52 13.06.2026
Futbol
AFP: Zelenski və Tramp Fransada G7 sammitində iştirak edəcək
19:31 13.06.2026
Gündəm
Elon Mask tarixdə ilk dollar trilyoneri oldu
18:53 13.06.2026
Maraqlı
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
18:35 13.06.2026
Dünya
Azərbaycanla ABŞ TRIPP-in icrası məsələlərini nəzərdən keçirib
18:15 13.06.2026
Gündəm
Sülh görünür, amma müharibə ehtimalı bitməyib - ŞƏRH
17:50 13.06.2026
Gündəm
İsrail Livana yeni zərbələr endirib
16:21 13.06.2026
Dünya
Ukrayna bir gündə Rusiya ilə münaqişə zonasında 450 hərbçi itirib
15:58 13.06.2026
Dünya
Madyar Orban hökumətini “ən böyük yalan”da ittiham etdi
15:40 13.06.2026
Dünya