Təəssüf ki, tibb işçiləri əsasən Bakıda toplaşıb - Həkim-terapevt
00:20 01.05.2025
Sağlamlıq
434
Regionlar isə hələ də ixtisaslı kadr çatışmazlığından əziyyət çəkir
“Təklif olunan islahatların sadəcə kağız üzərində yox, real icra mexanizmi ilə müşayiət olunması vacibdir”
Azərbaycanda rezidentura təhsili üzrə qəbul yerlərinin sayı ali tibb təhsilini başa vuran məzunların sayına uyğunlaşdırılacaq. Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdir müavini Təranə Əhmədova məlumat verib.
Rezidenturada qəbul yerlərinin ali tibb təhsilini bitirən məzunların sayına uyğunlaşdırılması üçün çalışdıqlarını vurğulayan T. Əhmədova deyb ki, bunu edərkən həm də mövcud tədris bazalarının imkanlarını nəzərə alırlar. T. Əhmədovanın sözlərinə görə, hazırda rezidentura proqramlarında ailə həkimi ixtisası üzrə mütəxəssislər hazırlanır. Lakin ölkədə bu mütəxəssislərin bölgələr üzrə qeyri-bərabər paylanması problemi qalmaqdadır: “Əsas tibb işçiləri Bakıda cəmləşib. Bu səbəbdən bölgələrdə ailə həkimi təminatının yaxşılaşdırılması üçün konkret təkliflər hazırlanır”.
Həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında deyib ki, Səhiyyə Nazirliyinin rezidentura yerlərinin məzun sayına uyğunlaşdırılması istiqamətində atdığı addım zamanında verilmiş qərardır:
“Uzun illərdir ki, ölkəmizdə tibb təhsili alan gənclərin sayı ilə onların peşəkar fəaliyyətə cəlb olunma imkanları arasında balans pozulub. Nəticədə həm savadlı gənclər sistemdən kənarda qalır, həm də bölgələrdə ciddi həkim çatışmazlığı yaranır. Ən diqqətçəkən məsələ isə ailə həkimi sisteminin inkişaf etdirilməsi ilə bağlı verilən mesajdır. Bu institutun gücləndirilməsi səhiyyə xidmətlərinin əlçatanlığı və profilaktik tədbirlərin vaxtında görülməsi baxımından həyati əhəmiyyət daşıyır. Təəssüf ki, hazırda tibb işçiləri əsasən Bakıda toplaşıb, regionlar isə hələ də ixtisaslı kadr çatışmazlığından əziyyət çəkir.Təklif olunan islahatların sadəcə kağız üzərində yox, real icra mexanizmi ilə müşayiət olunması vacibdir. Əgər bölgələrdə çalışan həkimlər üçün konkret motivasiya mexanizmləri yaradılmasa, bu boşluqlar öz-özünə aradan qalxmayacaq. Səhiyyənin insan kapitalı ilə bağlı məsələlərinə yanaşma yalnız texniki deyil, strateji olmalıdır. Biz həkim yetişdirməkdən daha çox, onları ölkənin ehtiyac duyulan nöqtələrində faydalı şəkildə yerləşdirməyi bacarmalıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm