
Təklif! - “Avropa və Asiyanın dərman istehsalçılarını ölkəyə gətirək”
Yusif Nəzərli
14:50 28.07.2022
Sağlamlıq
640
Tarif Şurasıın bir sıra dərmanların qiymətini artırdığı barəsində məlumat yayılıb. Bildirib ki, dərmanların qiyməti çeşidindən asılı olaraq orta hesabla 10-15% civarında bahalaşıb. Lakin elə dərmanlar var ki, daha çox qiymət artımı müşahidə edilir. Məsələn, Medoklav dərmanının qiyməti 46% artaraq 72 manata yüksəlib. Bundan başqa siyahıya yeni dərman növləri daxil edilib. Yeni daxil edilmiş Oraltek Monovalent dərmanının qiyməti isə 807.28 AZN olacaq.

Ölkənin müxtəlif viruslarla mübarizə apardığı bir dönəmdə dərmənların ani qiymət artımı narazılığa səbəb olub.
Bahalaşmanın əsas səbəbini “Sherg.az”a izah edən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, ölkəmiz dərman preparatları sahəsində idxaldan 99.5 faiz asılıdır:
"İl ərzində ölkə əhalisi təxminən 1 milyardla 900 milyon manat aralığında dərman vasitələri istehlak edir. Bunun ən yaxşı halda 2-3 milyonu yerli istehsal hesabına ödənilir. Bunlarda spirt, maska, pambıq, şpiris kimi bəsit məhsullardır. Əgər hansısa bir sahədə idxaldan asılılıq yüksəkdirsə, o sahədə qiymət artımı riski də, yüksək olur.
Bu gün o məhsulların dunya bazarlarındakı qiyməti qalxırsa, daxili bazarlarda da qiymətin artması zərurəti yaranır.
Ona görə ki, maya dəyəri yüksəlir və idxalçılar onu ucuz qiymətə satmağa məcbur edilsələr idxal etməkdən imtina edəcəklər.
Bununla da qıtlıq yaranır ki, Tarif Şurasıın qiymətləri bahalaşdırır. Çünki sahə özəl sektordur və hər hansı şirkəti məhsulu baha alıb ucuz satmağa məcbur etmək olmaz. Lakin insanların alış gücünü və inflyasiyanı nəzərə alaraq şirkətlərin mənfəət normasına düzəliş edilə bilər.
Təxminən topdan və pərakəndə satış müəssisələri üçün 20 faiz mənfəət norması müəyyən edilir. Bu faizi aşağı salmaq olar. Lakin bu qısa müddətli çıxış yoludur. Eyni zamanda Azərbaycan dərman preparatları sahəsində özünü təminetmə qabiliyyətini formalaşdırmalıdır.
Ölkənin investisiya mühiti imkan verir ki, Avropanın və Asiyanın dərman istehsalçılarını ölkəyə gətirək. Nə üçün dərman preparatları respublikamızda istehsal olunub, digər ölkələrə ixrac edilməsin. Bu hal həm ölkənin daxili tələbatının ödənilməsini, həm də ixrac qabiliyyətinin artırılmasını təmin edəcək.
Digər tərəfdən də, bazrda üç yerli şirkət var ki, dərman təchizatını həyata keçirir. Bu da ciddi monopoliya olduğunu işarə edir. Təchizatçıların sayını artıraraq monopoliyanın qarşısını almaq və qiymətlərin optimal səviyyəsinə nail olmaq mümkündür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat