Türk professor: “Delta”ya yoluxanlar arasında ölüm halları azdır, bu, çox önəmlidir"
Məlahət Rzayeva
12:14 11.07.2021
Sağlamlıq
989
Səhiyyə Nazirliyninin Elmi Şurasının üzvü “2 doza peyvənd olunanların sayı artdıqca yoluxma sayında azalma müşahidə ediləcək. Lakin koronavirus pandemiyası davam etdikcə, tədbiri əldən verməmək, tibbi maskaları çətir kimi hazır tutmalıyıq” dedi.
“Şher.az” “Milliyet.com”a istinadən bildirir ki, bu fikirlər Türkiyə Sağlıq Bakanlığı Bilim Kurulu üzvü, professor-doktor Mustafa Nəcmi İlhana məxsusdur. Eyni zamanda Qazi Universiteti Tibb fakütəsinin dekanı olan M.N.İlhan bildirib ki, koronavirusa yoluxma və virusdan ölüm hallarının sayındakı azalma məhz peyvəndləmədəki irəliləyişlə bağlıdır:
“Peyvəndləmə olmasaydı, indi biz ötənilki vəziyyətin eynisini yaşayacaqdıq. Bu da statistikdada daha yüksək rəqəmlərə gətirib çıxara bilərdi. Qurban bayramından sonra fövqəladə bir hal baş verməsə, avqust ayının sonuna doğru günlük yoluxma və ölüm sayları lap azalacaq. 2 dozada peyvənd olunanların sayı artdıqca, yoluxma sayı da nəzərə çarpan dərəcədə azalacaq. Lakin koronavirus davam etdikcə, tədbirli olmağımız gərəkdir, ehtiyatı əldən verməməli və tibb maskaları çətir kimi cibimizdə hazır tutmalıyıq. Məsələn, AVM-ə getdik, insanların sıx toplaşdığı yerlərə getdik və ya metroya mindiksə, maskaları taxmalıyıq, ordan çıxdıqdan sonar çıxarmalıyıq. Vətəndaşlar bunu bilməlidir ki, peyvənd olunsalar belə, təkrar yoluxmamaq üçün kütləvi yerlərdə tibbi maskadan istifadə şərtdir. ”.
Professor “Covid-19”un “Delta” və “Delta-plus” variantlarının varlığına da toxunub:
“Mən əvvəl də demişdim ki, əgər hər hansı bir bölgədə virusun yeni variantına rsat gəlinirsə, mütləq digər bölgələrdə də olacaq. Yoluxuculuq faizi yüksək olan variantlar bir müddət sonra hakim mövqe əldə edir. Burada əsas, yeni variantın öldürücülüyünün artıb-artmamasıdır. Hazırda ”Delta” variantına yoluxmuş insanlarla yoluxmamış insanlar arasındakı ölüm faizində bir fərq yoxdur. “Delta”ya yoluxanlar arasında ölüm halları azdır. Bu, çox önəmlidir. Çünki, viruslar əsasən 2 növ mutasiyaya uğrayırlar: yoluxuculuöun artması vəya azalması, həmçinin öldürüclüyün artması və ya azalması. Hazırda öldürücülüyü artmış bir virus müzakirə mövzusu deyil. Müsbət cəhət budur ki, yeni variantın yoluxuculuq xüsusiyyəti dəyişməyib. Yoluxma yolu dəyişmədiyi kimi, ondan qorunma yolları da dəyişməyib. Peyvənd olunacağıq, kütləvi yerlərdə olmaqdan çəkinəcəyik, tibbi maskalardan istifadə edəcəyik.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğan sabah Səudiyyə Ərəbistanına səfər edəcək
23:47 06.08.2026
Gündəm
KL: “Qarabağ” səfərdən məğlub qayıdıb
23:09 06.08.2026
Futbol
Avropada istidən 25 mindən çox insan ölüb
22:48 06.08.2026
Dünya
Süni intellekt nüvə silahından daha təhlükəlidir – İDDİA
22:30 06.08.2026
Texnologiya
FETÖ üzvü olmaqda təqsirli bilinən polkovnik saxlanıldı
22:12 06.08.2026
Dünya
ABŞ Kubanın beş təşkilatına və səkkiz şəxsə sanksiyalar tətbiq edib
21:39 06.08.2026
Dünya
Zelenski Ceyhun Bayramovu qəbul edib
21:01 06.08.2026
Siyasət
İmişlidə uşaq velosepedlə traktorun altında qalaraq ölüb
20:38 06.08.2026
Hadisə
Moldova Balkan ölkələri ilə birlikdə Aİ-yə qoşulmaq istəyir
20:31 06.08.2026
Dünya
Pirşağıda 16 yaşlı oğlan dənizdə batıb
20:23 06.08.2026
Hadisə
“Real” tarixinin ən bahalı transferini etdi
19:40 06.08.2026
Futbol
Romada İsrail-Livan danışıqları başa çatıb
19:33 06.08.2026
Gündəm
Kadırov Çeçenistan rəhbəri vəzifəsinə namizəd kimi qeydə alınıb
19:25 06.08.2026
Dünya
Salah Türkiyədə nə qədər qazanacaq? - Rəsmi
19:09 06.08.2026
Futbol