Səpkilərlə müşayiət olunan xəstəliyi suçiçəyi ilə qarışdırmaq olmaz
Uşaqlarda sürətlə yayılan xəstəlik
Yusif Nəzərli
08:04 25.06.2023
Sağlamlıq
1461
Tam dəqiq olmasa da bunu dəniz, hovuz mövsümü ilə əlaqələndirirlər
Səpkilərlə müşayiət olunan xəstəliyi suçiçəyi ilə qarışdırmaq olmaz
Səpkilərlə müşayiət olunan xəstəliyi suçiçəyi ilə qarışdırmaq olmaz
Türkiyə həkimləri həyəcan siqnalı verirlər. Səbəb uşaqlarda sürətlə yayılan və əldə, ayaqda və ağızda səpkilərlə müşayiət olunan xəstəlikdir. Maraqlı odur ki, bu səpkiləri su çiçəyi ilə qarışdırmaq asandır. Bu da xəstəliyin irəliləməsinə gətirib çıxarır. Həkim Ülkü Yilmaz Tıraşın sözlərinə görə, “Koksaki virus A16” və “enterovirus 71” adlı iki virusun ötürülməsi nəticəsində yaranan əl, ayaq və ağız xəstəliyi böyüklərə də təsir edə bilər, lakin kiçik uşaqlar arasında daha çox yayılır.
Əl, ayaq və ağız xəstəliyi - qızılca, məxmərək və parotit kimi uşaqlıq peyvəndlərinin edildiyi cəmiyyətlərdə ən çox rast gəlinən səpki xəstəliklərindən biridir.
Pediatr Nüşabə Cəbrayılova isə “Sherg.az”a açıqlamasında deyib ki, əsasən uşaq yaş dövrlərində rast gəlinən ayaq-ovuc-ağız xəstəliyi, enterovirus ailəsindən olan, (enterovirus-71) koksaki virusları tərəfindən törədilir. Yaz-yay dönəmində daha sıx rast gəlinir: “Tam dəqiq olmasa da bunu dəniz, hovuz mövsümü ilə əlaqələndirirlər. Kontakt yolla (nəfəs, ağız suyu, fekal) yoluxur. Xəstəlik yoluxucudur. Daha çox baxça yaş uşaqlarda rast gəlinir. Orqanizmin virusa yoluxandan 3-5 gün sonra temperatur yüksəlir. Badamcıqlarda qızartı, ağzın selikli qişasında aftalar yaranmağa başlayır. 1-2 günlük temperaturdan sonra, bədənin müəyyən hissələrində səpkilər meydana çıxır. Səpkilər əsasən tipik olaraq, ayaq altında, ovucun içində, ağız ətrafında, agızın içində, bəzən çanaq nahiyəsində, əvvəl qırmızı ləkə, tezliklə içi suluqlu səpkilər şəklində büruzə verir. Bədənin gövdə hissəsində səpkilər adətən rast gəlinmir. Səpkilər demək olar hamısı eyni zamanda yaranır, yəni polimorfizmə malik deyil, demək olar qaşınma olmur. Temperatur 3 gün, bəzən 7 günə kimi uzana bilər. Xəstəlik 7-10 gün ərzində keçib gedir.
Çox zaman suçiçəyi səpkisi ilə qarışıq salınır. Səpkinin yerləşimi, qaşıntı olmaması, qeyri-polimorfik olması və s. əsas ayırdedici əlamətlərdəndir.
Digər viral infeksiyalar kimi simptomatik müalicə aparılır. Antibiotik müalicəsi təbii ki, yersizdir. Koksaki, Enterovirus-71 növünə birbaşa təsir edən antivirus preparat olmadığından, həmin preparatların da qəbulu təsirsizdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya