Uşaqları ağcaqanad dişləməsin deyə...
Yusif Nəzərli
12:00 07.06.2023
Sağlamlıq
6073
"Toka taxılan" və ya tüstülənən dərmanlardan qətiyyən istifadə etməyin
“Bu dərmanların mərkəzi sinir sisteminə təsiri çox pisdir. Bütün həşəratları öldürə biləcək kimyəvi maddələr toplusudur ki, bu da insan orqanizminə ziyandır”
Bəzi heyvanlar insan üçün təhlükəlidir və ölümə səbəb olur. Lent.az-ın məlumatına görə, ağcaqanadlar müxtəlif xəstəliklər yaradaraq hər il 750 min nəfərin ölümünə səbəb olur. Xüsusilə də Afrikada. İlanlar isə hər il 138 min insanı öldürür. Quduzlaşmış itlər hər il 59 min adamı həyatdan məhrum edir.
Birələr hər il 10 min insanın ölümünə səbəb olur. Hər il min nəfəri isə timsahlar məhv edir.
Mütəxəssislərin fikrincə, ağcaqanad sancması malyariya, laym və bu kimi xəstəliklərin yaranmasına səbəb ola bilər. Bunlarla yanaşı, "inset bit" adlı qaşınmalı allergik xəstəlik meydana çıxa bilər ki, bu da bütün bədənə yayılaraq, qana mikrob salır. Ağcaqanad sancması yuxu rejimini pozmaqla insanın əsəb sisteminə də təsir edir.
Qeyd edək ki, ağcaqanadların yalnız dişiləri qan sorur. İki hissədən ibarət olan xortumlarını dəriyə soxaraq qanı sormağa başlayırlar. Bu vəziyyətdə canlının narahat olmaması üçün ağcaqanad tüpürcəyi ilə birlikdə narkotik bir maddə ifraz edir. Və həmin maddə sancılan yeri keyidir. Ağcaqanadlar tüpürcəkləri vasitəsilə xəstəlik də bulaşdıra bilərlər. Ağcaqanadların ən çox yaydığı xəstəlik qızdırma xəstəliyidir. Ağcaqanad sancmasından sonra həmin yerin qaşınması isə ağcaqanadın tüpürcəyinin insanın dərisində reaksiya verməsi ilə bağlıdır. Yəni ağcaqanad qanı torbasına doldurduqca, buraxdığı tüpürcəyi də geri sorur, amma onu öldürəndə və ya uçuran zaman tüpürcək dəridə qalır, allergiyaya səbəb olur.
Pediatr Aytən İsmayılzadə isə “Sherg.az”a açıqlamasında deyib ki, ağcaqanad dişləyəndə çox həssas orqanizmlərdə aşırı reaksiyalar görə bilirik:
“Dişlədiyi yer bərkiyir, qızarır, şişir, hətta infeksiya yaradır. Bu zaman yerli olaraq hidrokortizon məlhəm və fenistil gel istifadə edilməlidir.
Ağcaqanad dişləməsi əsasən uşaqlarda ciddi fəsadlar yaradır: "Uşaqların dəriləri həssasdır. Onlar ağcaqanad dişləyən yeri qaşıyırlar, bu da infeksiyaya, müxtəlif mikrobların yaranmasına səbəb olur. Nəticədə, ağcaqanad dişləyən yerdə qızartılar, şiş, irin əmələ gəlir. Ona görə də ağcaqanadlar uşağa yaxın gəlməsin deyə, lavanda və kamfora yağlarından uşağın yastığına, paltarına vurmaq olar. Uşaqları ağcaqanad dişləməsin deyə "toka taxılan" və ya tüstülənən dərmanlardan qətiyyən istifadə etməyin. Onlar uşaq orqanizmi və hamilələr üçün zərərlidir. Nəinki uşaqlar, eləcə də böyüklər üçün də ziyanlıdır. Bu dərmanların mərkəzi sinir sisteminə təsiri çox pisdir. Bütün həşəratları öldürə biləcək kimyəvi maddələr toplusudur ki, bu da insan orqanizminə ziyandır. Ən birinci problem isə allergik problemlər yaratmasıdır. Böyüklərdə ürək xəstəlikləri, qan təzyiqi xəstələri üçün ziyanlıdır”.
Ağcaqanad dişləməsinin səbəb olduğu xəstəliklərə gəldikdə isə həkim malyariya, denqe qızdırması, sarı qızdırma və yapon ensefaliti kimi xəstəliklərin adını çəkib. Bəzən hepatitlər və QİÇS-in də ağcaqanadlar vasitəsilə yoluxmasını iddia edirlər. Lakin bu viruslar ağız suyu, tər, göz yaşı yox, qan vasitəsilə keçir: “Düzdü, ağcaqanadın göz yaşı və təri olmur, amma ağız suyu var. Və o, ikinci dəfə dişləyəndə birinci ağız suyu buraxır. Ağcaqanadın xortumunda belə bir xüsusiyyət də var ki, əvvəl sorduğu qan klapanla bağlanır və ikinci dəfə geri qayıtmır. Yəni klapan birtərəfli açıldığına görə ağcaqanad udduğunu qusa bilmir.
Yuxarıda saydığımız infeksiyalar isə ağız suyunda da yaşadığı üçün ağcaqanadla ötürülə bilir. Tövsiyə edirəm ki, kimin yolu Afrika ölkələrinə düşsə, o zaman sarı qızdırmaya görə peyvənd olunmaları məsləhətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu həftə bəzi bürclər üçün dönüş nöqtəsi olacaq
06:44 19.08.2026
Cəmiyyət
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya