ÜST-dən ölkələrə çağırış
09:37 21.02.2024
Sağlamlıq
547
Dünya yeni epidemiyaya hazır deyil
Ümumdünya Səhiyyə Təşkilatı dünyanı cənginə ala biləcək yeni xəstəliklə bağlı xəbərdarlıq edib. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, ÜST baş katibi Tedros Adanom Qebreyesus "X xəstəliyiı" adlandırılan yeni virusun ortaya çıxa biləcəyini, lakin dünyanın buna hazır olmadığını qeyd edib. ÜST baş katibi dünya ölkələri rəhbərlərini xəbərdar edərək deyib ki, məsələ yeni bir xəstəliyin, virusun ortaya çıxıb-çıxmayacağı deyil, məsələ bunun nə zaman olacağıdır. Yəni xəstəlik istənilən halda, gec-tez olacaq. Əsas məsələ onun vaxtını mümkün qədər dəqiqləşdirməkdir. Baş katib dünya dövlətlərini anlaşma memorandumu imzalamağa çağırıb. Bu memorandum həm inkişçaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə pandemiya zamanı yardımı nəzərdə tutur. Baş katib 2018-ci ildə dünyanı yeni bir pandemiya gözlədiyindən xəbərdar etdiyini və az müddət sonra sözlərinin təsdiqini tapdığını xatırladıb. ÜST rəhbəri bildirib ki, yeni xəstəlik dalğası qaçılmazdır və may ayınadək mütləq qlobal bir anlaşma imzalanmalıdır. O, bu anlaşmanı “bəşəriyyət üçün kritik bir vəzifə” adlandırıb və onun vacibliyini vurğulayıb. “Milyonlarla insanın öldüyü, bu günə qədər sosial, iqtisadi və siyasi şokların yaşandığı COVID-19-un ardından qarşınızda dayanmışam. Bəzı irəliləyişlər olsa da, dünya daha bir pandemiyaya hazır deyil", söyləyən baş katib “dünyanın diqqəti ayrı-ayrı məsələlərə dağıldıqca əvvəlki fəlakətlər unudulur. Belə olmamalıdır”, - deyib. “X xəstəliyi”nin isə COVID-19-dan 20 qat daha ölümcül ola biləcəyi ehtimal edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər "Saudi Aramco"nun obyektlərini vurdu
16:47 25.07.2026
Dünya
Paytaxtda market KÜLƏ DÖNDÜ-FOTO
16:22 25.07.2026
Hadisə
Heç bir dövlətin sərvəti artıq təhlükəsiz olmayacaq - Burak Aydın
16:20 25.07.2026
Dünya
Bu universitet bağlanır? - Tələbələr narahatdır+VİDEO
16:08 25.07.2026
Elm və Təhsil
Əməkdar artisti ilan sancdı - Foto
16:06 25.07.2026
Hadisə
Özgür Özəlin YENİ Partiyasında rəhbər heyət formalaşdı
15:17 25.07.2026
Siyasət
Ukrayna Rusiyanın bir neçə vilayətinə PUA zərbələri endirib: 9 ölü
15:03 25.07.2026
Dünya
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb - FOTO
14:43 25.07.2026
Hadisə
Rusiyanın PUA hücumu nəticəsində Sumıda 3 nəfər öldü
14:29 25.07.2026
Dünya
Milix Yevdayev "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
14:12 25.07.2026
Gündəm
"ChatGPT"-nin işində fasilələr yarandı
14:09 25.07.2026
Texnologiya
Hökməli qəsəbəsində avtomobil yandı
13:45 25.07.2026
Hadisə