ÜST-in üçüncü cins söhbəti təpki ilə qarşılanır
Yusif Nəzərli
22:20 25.07.2022
Sağlamlıq
655
Həkim-psixiatr Elvin Məmmədov: "Genetik araşdırmalarda üçüncü cinsin heç bir bioloji sübutu tapılmayıb"
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu yaxınlarda bəyan etdi ki, cinsiyyət yalnız kişi və ya qadınlarla məhdudlaşmır. 2011-ci ildə nəşr edilmiş və bütün dünyada səhiyyə mütəxəssisləri tərəfindən istifadə edilən "Gender əsaslandırılması üzrə təlimat" yenilənəcək və yeni nəşrdə üçüncü cins təqdim ediləcək.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Floridada tələbə konfransında çıxışı zamanı deyib ki, yalnız iki cins var: kişilər və qadınlar.
ABŞ hakimiyyətinin gender siyasətini tənqid edən D.Tramp iddia edib ki, onlar solçu gender ideologiyasına və zəhərli kritik irq nəzəriyyəsinə inanırlar. Biz iki cinsə inanırıq: kişilər və qadınlar.
Həkim-psixiatr Elvin Məmmədovun sözlərinə görə, bioloji cins anadangəlmədir, genetik ardıcıllıq olaraq iki cins var: kişilər və qadınlar. Genetik araşdırmalarda üçüncü cinsin heç bir bioloji sübutu tapılmayıb:
“Üçüncü cinsi kimi təqdim olunan transseksuallıq bir xəstəlikdir. Onlar istəsə müalicə edilə bilər. Onunla vidalaşmaq üçün sadəcə iradəli olmaq, psixiatrik müalicə kursu qəbul etmək vacibdir. Homoseksuallıqdan xilas olmaq, normal ənənəvi cinsə dönmək hər kəsin öz əlindədir. Bəzi hallarda insanın embrional dövrdə bioproseslərin pozulması, ya da xromosonm xəstəlikləri onun cins olaraq düzgün formalaşmamasına gətirib çıxarır.
Homoseksualizm və transseksualizmdə psixoloji cinsin pozulması gedir ki, bu da fiziki olaraq insanın qadın və ya kişi kimi görünməsinə baxmayaraq, psixoloji cins olaraq özünü yad hiss edir, öz anatomik cinsinə yad baxır və özünün o cinsdən olmasına inanmır”.
Psixiatrın sözlərinə görə, transeksuallıq şəxsiyyətin psixi deformasiyasıdır. Əsrimizin əvvəlində Ziqmund Freyd bu tip pozulmaların kökünün 2 yaşında və ya daha uşaq yaşlarında qoyulduğunu irəli sürüb:
“18 yaşına qədər şəxsiyyət və yetkinlik qavrayışı inkişaf etməkdə davam edir və 18 yaşa qədər valideynlər təbii qəyyumluqlarına görə övladları haqqında qərar vermək səlahiyyətinə malikdirlər. Bu, 18 yaşdan yuxarı olanlar üçün həyat fəlsəfəsi kimi azadlıq sahəsidir. Üçüncü seksuallıq olaraq təyin olunan homoseksuallıq həm də sırf cinsi oriyentasiya və sosial seçimdir, mədənidir. Cəmiyyətin, mədəniyyətlərin və inanc sistemlərinin də bunu rədd etmək hüququ var. Mütəxəssislərin fikrincə, homoseksuallıq, pedofiliya kimi anormal insan davranışları bu gün ona görə rəsmi səviyyələrdə qəbul olunur və həyat tərzinə çevrilir ki, kimlərsə ondan siyasi alət kimi istifadə edir. Hər nə qədər ÜST bu şəxsləri 3-cü cins kimi təqdim etməyə çalışsa da bu cür hallar bir çox cəmiyyətlərdə qəbul edilmir. Düşünürəm ki, yaxın gələcəkdə də bununla bağlı insanlar tərəfindən təpki olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil
Nərgiz Məhəmmədi xəstəxanadan evə buraxıldı
15:21 18.05.2026
Dünya
İran bu şirkətləri hədələdi: İnterneti kəsəcəm!
15:04 18.05.2026
Region
Ukraynanın hücumları Rusiyada panika yaradıb - ŞƏRH
14:47 18.05.2026
Gündəm
ABŞ-ın dəniz blokadasını qıracağıq - Rzayi
14:45 18.05.2026
Region
Rusiya Qara dənizdə Çin gəmisini vurub
14:43 18.05.2026
Dünya
Ukrayna ordusu bu qəsəbəni azad etdi
14:03 18.05.2026
Dünya