Xərçəng peyvəndi hazırlandı
Yusif Nəzərli
01:34 19.04.2023
Sağlamlıq
810
"Moderna" şirkəti ümidləri artırdı
Cərrahi əməliyyat keçirmiş 157 nəfərə peyvənd vurulub. Bu insanlardan demək olar ki, yarıdan çoxunda xərçəngə təkrar yoluxma qeydə alınmayıb
COVID-19-a qarşı keyfiyyətli mRNA peyvəndilə tanınan "Moderna" şirkəti eyni texnologiyanı tətbiq etməklə xərçəng peyvəndi hazırlayıb. Təcrübədən keçirilən peyvəndin xeyli dərəcədə ümidverici olduğu bildirilir. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, "Moderna" şirkəti peyvəndi dəri xərçəngi diaqnozu qoyulmuş xəstələr üzərində sınaqdan keçirib. Nəticə uğurlu olub. Hazırlanmış peyvəndin xərçəngə tutulma riskini 44 faiz azaltdığı müəyyənləşib. Şirkətdən bildirilib ki, bu il xərçəng peyvəndilə bağlı kliniki təcrübələrin üçüncü mərhələsi aparılacaq, peyvəndin ağ ciyər və xərçəng xəstəliyinin digər növlərinə, xərçəng şişlərinə təsiri araşdırılacaq. ABŞ dərman istehsalçıları "Moderna" və "Merck mRNA" peyvəndi üzərində aparılan təcrübələrdə dəri xərçəngi olan melanomun riskini yarıbayarı azaltdığını elan edib. Təcrübə zamanı melanom müalicəsi üçün cərrahi əməliyyat keçirmiş 157 nəfərə peyvənd vurulub. Bu insanlardan demək olar ki, yarıdan çoxunda xərçəngə təkrar yoluxma qeydə alınmayıb. Peyvəndin yanaşı təsirləri isə yorğunluq, iynənin yerində ağrı və titrəmə olub. "Moderna"nın başqan yardımçısı doktor Kayl Holen “nəticələr, mRNA peyvəndinin xərçəng xəstələrinə müsbət təsiri olduğu aydındır. mRNA xəstələrin ömrünü uzadacaq”, deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya