Yayın istisindən qorunmağın YOLLARI
Yusif Nəzərli
15:14 21.07.2023
Sağlamlıq
648
"İsti havalarda bağlı insanlara əvvəlcədən xəbərdarlıq olunur. Təbii ki, hava şəraitinin qızması ilə əlaqədar xüsusən, günün pik saatlarında temperaturun səviyyəsinin 45 dərəcəyə qədər yüksəlməsi insan orqanizmi üçün təhlükə yaradır".
Bunu "Sherg.az"a həkim-terapevt Nəzakət Xudiyeva isti havaların insan orqanizminə vurduğu zərərdən danışarkən deyib. Onun sözlərinə görə, qızmar hava qapalı, kondisioner olmayan yerlərdə daha çox insanların halının pisləşməsinə təsir göstərir:
"Saat 12:00-18:00-arası yaşlı insanlar, uşaqlar, hamilə qadınlar, ürək-damar sistemi xəstəlikləri və beyin qan dövranı pozğunluğu olan pasiyentlərin mümkün qədər günəş şüası altında durmamağı məsləhətdir. Arterial təzyiqin kəskin yüksəlməsi və ya enməsi, ürəkgetmələr, hamilələrin vəziyyətinin pisləşməsi, günvurmalar müşahidə oluna bilər. Hansı ki, bədən temperaturunun səviyyəsi günvurma nəticəsində hətta 40-41 dərəcəyə qədər yüksəlir. Bu da orqanların fəaliyyətinin pozulmasına gətirib, çıxarır. Eyni zamanda saat 12:00-18:00 arası günəş zeniddə olduğu üçün onun yerə düşən infraqırmızı şüaları dəri xəstəlikləri və dəri xərçənginin əmələgəlmə riskini artır. Ona görə həmin saatlarda çalışıb, günəş şüası altında durmamaq, bol maye qəbul etmək lazımdır".
Həkim diqqətə çatdırıb ki, yay vaxtlarında maye qəbulu artırılmalıdır:
"Çünki bədən günəş şüasının, istinin təsirindən buxarlanır. Bədənin maye miqdarı azaldığı üçün qanın laxtalanma sistemi tezləşir. Bu da ürəyin, beyin qan dövranın fəaliyyətinə mənfi təsir göstərir. Xüsusən, limon sıxılmış mayelər içmək tövsiyyə olunur. Bunlardan istifadə etməklə günəş şüaları, istinin təsirindən qorunmaq mümkündür. Ürək xəstəliyindən əziyyət çəkənlər daim üzəriərində dərmanlar gəzdirməlidirlər. Narahatlıq hiss etdikdə, günvurma halları müşahidə olunduqda, həmin adam mütləq sərin yerə aparılmalıdır. Sıx paltarların yaxası açılmalıdır. Xəstəyə sərin su verilməlidir. İri damarlar keçən hissəyə (gicgah nahiyəsi, alın, qolaltı, dirsək büküşü, dizarxası) isladılmış dəsmal qoyulmalıdır ki, bədən soyusun. Həmçinin xəstəyə istirahət verilməlidir. Onsuz da Azərbaycanda günəşli günlərin sayı üst-üstə 2 ay yarım çəkir. Bu müddət ərzində qorunmaq şərtdir. Allah hər kəsin köməyi olsun!".
Qeyd edək ki, bəziləri isti yay günlərində özünü qorumur, tövsiyə edilməyən saatlarda, günün altında çox vaxt keçirir. Laqeydlik nəticəsində halsızlıq, günvurma, bayılma halları baş verir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət
"Barselona" Hansi Flikin xələfini seçdi
12:47 15.09.2026
Futbol
Bəs dənizin ortasında yosun varsa?
12:47 15.09.2026
Cəmiyyət
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
12:35 15.09.2026
Hadisə
Uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
12:25 15.09.2026
Cəmiyyət
Kəlbəcərdə 121 şagird yeni tədris ilinə başlayıb
12:12 15.09.2026
Elm və Təhsil
“Real Madrid”in sabiq hücumçusu “Valensiya”ya təklif olundu
12:07 15.09.2026
Futbol
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya