Yuxudan oyandıqda bu hərəkətləri etməyin!
20:06 15.10.2024
Sağlamlıq
827
İnfarkt ola bilərsiniz
Ölüm səbəbləri arasında infarkt və ürək-damar xəstəlikləri dünyada ilk sıradadır. Ürək-damar xəstəlikləri müxtəlif səbəblərdən yarana bilir və hər il 18,6 milyondan çox insanın ölümünə səbəb olur. Kardioloqlar infarkt riskinin səhər saatlarında daha çox artdığını bildirir. Hər kəsin səhərlər etdiyi bəzi səhvlər infarkt riskini artırır. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, dünyada təxminən 300 milyondan çox ürək xəstəsi var və 2 milyarddan çox insan ürək xəstəliyi riski altındadır. Ürək-damar xəstəlikləri hər il 18,6 milyondan çox insanın ölümünə səbəb olur. Dünyada ürək-damar xəstəliklərindən ölüm hallarının üçdə biri 70 yaşdan aşağı insanlar arasında baş verir və bu ölümlərin 85 faizi infarkt və insult nəticəsindədir. Adətən qəfil inkişaf edən infarktın bir çox əlamətləri ola bilər. Mütəxəssislərin fikrincə, ən ölümcül infarkt səhər saatlarında baş verir. Məlumatlar göstərir ki, infarkt keçirmə ehtimalı axşama nisbətən səhərlər ən azı üç dəfə yüksəkdir. Bundan əlavə, növbəli iş miokard infarktı riskini artıran amil kimi müəyyən edilib. Ürək böhranının ən çox görülən simptomu sinədə ağrı, təzyiq və sıxılmadır. Nəfəs almağı çətinləşdirən nəfəs darlığı da infarkt xəbərdarlığı ola bilər. Ürək böhranı zamanı çənə, kürək, boyun və mədə kimi hissələrdə ağrı yaranır. Sol qolda ağrı və uyuşma, mədə yanması və həzmsizlik, ürək bulanması və başgicəllənmə, soyuq tər, insanın özünü son dərəcə yorğun hiss etməsi infarkt xəbərdarlıqlarına aiddir. Ürək-damar sistemi böhranı səbəblərinə koronar arteriya spazmı, hipertoniya, yüksək xolesterol, diabet, nadir hallarda tibbi şərtlər, travmalar, piylənmə, elektrolit balanssızlığı, qan damarlarında qırılmalar, siqaret və narkotik istifadəsi, hipoksiya (qanda oksigen çatışmazlığı), 45 yaş və ya daha yüksək yaş həddi, genetik amil, fiziki fəaliyyətin olmaması aiddir.
Harvard Tibb Məktəbində aparılan araşdırmada tədqiqatçılar səhər saatlarında infarkt keçirmənin ürək toxumasının 20 faiz daha çox ölümü ilə əlaqəli olduğunu müəyyən ediblər. “Heart” jurnalında dərc edilən araşdırmanın nəticələri göstərir ki, səhər saat 6-dan günorta saatlarına qədər baş verən infarktlar ən ölümcüldür. “Trends in Endocrinology and Metabolism”də 2020-ci ildə dərc edilən bir araşdırma göstərdi ki, müasir həyat tərzinin səbəb olduğu sirkadiyalı sistemin pozulması ürək-damar funksiyasına mənfi təsir göstərir. Hesab edilir ki, səhər saatlarında sirkadiyalı sistem qan laxtalarının parçalanmasının qarşısını alan daha çox sayda PAI-1 hüceyrəsi göndərir. Qanda PAI-1 hüceyrələrinin səviyyəsi nə qədər yüksək olarsa, ürək böhranına səbəb ola biləcək qan laxtasının əmələ gəlmə riski bir o qədər yüksəkdir. Harvard Tibb Məktəbində aparılan bir araşdırma, səhər saat 6-dan günorta saatlarına qədər infarkt keçirən xəstələrdə PAI-1 hüceyrələrinin günün gec saatlarında infarkt keçirən xəstələrdən daha yüksək olduğunu müəyyən etdi. Professor Srinat Reddi xəbərdarlıq edir ki, bəzi vərdişlər bu riski artıra bilər. Bir insanın bir neçə əsas koronar risk faktoru varsa, gecələr rahat yatmır, orqanizmin su tələbatı ödənmirsə və fasiləsiz idman hərəkətləri edirsə, bu, damarlarda yırtılmaya və böyük bir laxtanın meydana gəlməsinə səbəb ola bilər. Buna görə də səhər saatlarında infarkt riski ilə mübarizə aparmağın iki yolu var. Gecə rahat yatmaq və səhər idmanını təxirə salmaq. Çevik iş qrafiki olanlara da günortadan sonra idman etmələri və ya səhər yüngül məşqlərə başlamaları tövsiyə olunur. Yüksək intensivlikli fiziki hərəkətlər qanda laxtalanmanı artırır və qəfil ürək dayanması və ya ölüm riskini kəskin şəkildə artıra bilər. Klivlend Klinikasından verilən açıqlamada bildirilib ki, açıq havada idman hərəkətləri etmək və fiziki göstəricilər yarışlarına qatılmaq ürəyin zədələnməsinə və aritmiyalara səbəb ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
22:12 06.11.2026
Futbol
Trampdan “super zəka” texnologiyalarına dəstək
21:58 06.11.2026
Dünya
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm