"Müxalif liderin arxasında Qərb dairələrinin dayanması istisna deyil"
Bir həftədir Moskvada müxalif namizədlərin parlament seçkilərinə buraxılması tələbi ilə mitinq keçirilir. Aksiyanın təşəbbüskarı Rusiya müxalifətinin lideri Aleksey Navalnıdır. Minlərlə aksiya iştirakçısı iyulun 14-dən etibarən hər gün küçələrə axın edərək Kremli seçkilərə qanunsuz müdaxilədə ittiham edir. Xeyli aksiyaçı həbs olunsa da, etirazlar səngimək əvəzinə daha da genişlənir. Narazı kütlələr müxalif namizədlərin qeydiyyatında qəsdən problem yaradıldığını iddia edirlər. Qeydiyyata alınmayan namizədlərdən biri Lyubov Sobol deyib ki, “əgər bu seçkiləri də qanunsuz etsələr, artıq başqa seçki olmayacaq”.
Məsələ ondadır ki, Navalnının rəhbərlik etdiyi aksiyalarda birbaşa dövlət başçısı Vladimir Putin hədəfə alınır. Seçkidə “Putin istefa”, “Oğru Putin” və s. şüarlar səsləndirilir, mərkəzi hakimiyyətin dəyişməsi tələbi irəli sürülür. Rusiyalı ekspertlər etirazların kənar qüvvələrin əli ilə körükləndiyini və əsas məqsədin hökuməti devirmək olduğunu iddia edirlər. Xüsusən, Aleksey Navalnının arxasında Qərbin kəşfiyyat orqanlarının dayandığı söylənilir.
Rusiyadakı etirazlarla bağlı “Şərq”ə danışan Bakı Politoloq Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov da hesab edir ki, Navalnının arxasında daxili və xarici qüvvələrin dayanması şübhəsizdir.
Analitikin fikrincə, mediada müxalif liderə dəstək verən güclərin əsasən xaricdə olduğu vurğulansa da, onun ən ciddi dəstəkçiləri məhz ölkədəki müəyyən qruplaşmalardır: “Rusiyanın mövcud siyasi elitasında müxtəlif qruplar arasında siyasi mübarizə gedir. Əslində bu vəziyyət hər bir ölkənin siyasi həyatına xas olan xüsusiyyətdir. Rusiya dövlət başçısı Vladimir Putinin həyata keçirdiyi siyasət nəticəsində dünya sadəcə ABŞ-dan ibarət birqütblü kainat olmaqdan qurtuldu.
Dünyada Amerikanın hegemonluğunun qarşısında duran ən böyük maneə məhz Moskva və şəxsən Putindir. Son zamanlarda Suriyada, Ukraynada, Venesuelada və başqa bölgələrdə Rusiyanın milli maraqları baxımından uğurlu addımlar atan Putinin siyasi gedişləri, ələlxüsus Avropa İttifaqı ilə Rusiya arasındakı yaxınlaşma ABŞ-ı ciddi narahat edir. Bu baxımdan Navalnının arxasında müəyyən mənada Qərb dairələrinin durduğunu da ehtimal etmək olar”.
Ekspertin sözlərinə görə, inqilablar və küçə hərəkatları ilə meydana çıxan şəxslərin hamısının məqsədi ölkəyə, millətə xidmət etmək olmur: “İnqilabçıların əksəriyyəti şəxsi maraqlarını reallaşdırmaq üçün hansısa qüvvələr tərəfindən siyasi səhnəyə atılır. Bu gün Rusiyada hakimiyyət dəyişikliyi ən çox Qərbin işinə yarayar. Əslində Putin indiki Rusiya üçün çox uğurlu idarəetmə modeli formalaşdırmağı bacarıb. Ancaq əminliklə demək olar ki, müxalif lider Navalnı öz hərəkətlərinin və sözlərinin sahibi deyil”.
Navalnı yenidən rus xalqını küçələrə çıxardı
11:08 23.07.2019
Siyasət
868
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanın qlobal iqtisadiyyatdakı rolu artır -ANALİZ
08:03 24.01.2025
Aktual
Türkiyə Silahlı Qüvvələrinin zabiti İraqda şəhid olub
07:16 24.01.2025
Region
14 minə yaxın erməni əsgər can üstədir -ŞƏRH
07:00 24.01.2025
Dünya
Ezgi ilə Salihin serialı bu tarixdə başlayacaq
06:34 24.01.2025
Şou
Ukrayna savaşı 100 günə bitəcək -ŞOK PROQNOZ
06:12 24.01.2025
Dünya
Səyahət infeksiyalarından qorunmağın yolları
05:31 24.01.2025
Sağlamlıq
Politoloq: İran Ermənistandan gələcək zərbələri bilir
05:05 24.01.2025
Region
Rüşvət alan hakim məhkəmə zalında həbs edildi
04:53 24.01.2025
Hadisə
NATO-nun müdafiə nazirləri Brüsselə toplanır
04:31 24.01.2025
Dünya
Tramp qərarlıdır: Atəşkəslə razılaşmayan tərəf uduzacaq
04:16 24.01.2025
Dünya
Rusiya qoşunları Novovasilyevkanı da işğal etdi
02:27 24.01.2025
Hərbi
Türkiyədə hoteldə yanğınla bağlı saxlanılanların sayı 12-yə çatıb
00:55 24.01.2025
Hadisə
Ürək və böyrək sağlamlığına nəzarət etmək üçün cihaz hazırlanır
00:32 24.01.2025
Sağlamlıq
Sabah bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
00:12 24.01.2025
Cəmiyyət
“Qarabağ” uduzdu, cüzi olan pley-off şansını tam itirdi
23:49 23.01.2025
İdman
Odlu silahdan açılan atəşlə ölən əsgərimizin - FOTOSU
23:46 23.01.2025
Hadisə
ÜST Gürcüstanı malyariyadan azad ölkə kimi tanıdı
23:33 23.01.2025
Dünya
Qasırğaya görə məktəblərdə dərslər dayandırılır
23:27 23.01.2025
Dünya
Hakan Fidan iranlı həmkarı ilə danışdı
23:15 23.01.2025
Region
Tramp danışdı, neft ucuzlaşdı
22:52 23.01.2025
Dünya