“Görünüşdə xalqın “tələbi” ilə hakimiyyətə gələn Nikol Paşinyanın əslində Qərbin dəstəyi ilə hakimiyyətə gəlməsi heç kimə sirr deyil”. Bunu “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib.
Deputat bildirib ki, Paşinyanın verdiyi vədləri yerinə yetirməsi ilk baxışda ona asan gəlirdi:
“Paşinyan küçə təfəkkürlü insandır və onun siyasətçi kimi heç bir potensialı yoxdur. Məlum olduğu kimi regiondakı ən böyük səfirlik ABŞ-ın Ermənistandakı səfirliyidir. Bu “böyüklük” Ermənistana maraqdan yox, regiona maraqdan irəli gəlir. Amerikanın bölgəmizdə strateji maraqları var. Əsas marağı isə Azərbaycanın enerji qaynaqları və bu qaynaqları Avropaya, İsrailə çatdıran boru kəmərləridir. Bu baxımdan regionda konfliktin olmasını istəmir. Paşinyan ilk vaxtlar Qərbin dəstəyini alsa da, sonradan onların istəklərini yerinə yetirmək potensialında olmadığını dərk etdi. Ona görə də Vaşinqton İrəvana maddi yardım etmir və hətta illik yardımı da azaldır. Halbuki Azərbaycana edilən yardım dəfələrlə artırılıb. Bu il Azərbaycana 100 milyon dollar yardım ayrılıb”.
Analitikin sözlərinə görə, bununla ABŞ İrəvana və ermənilərə mesaj verir ki, əgər Ağ Evin strateji maraqlarına təhlükə yaratsanız vəziyyətiniz daha da pis olacaq:
“Dağlıq Qarabağ münaqişəsi həll edilmədən və işğala son qoyulmadan ermənilərin sosial durumu düzəlməyəcək. Ermənistan əhalisi yardımlar hesabına yaşayır. Paşinyan Qarabağ münaqişəsində nəzərə çarpacaq dəyişikliyə nail olmalıdır, əks halda onun da axırı digərləri kimi olacaq. Amma biz məsələyə sadəlövh yanaşmamalıyıq. Amerika və ya başqa dövlət bizim yerimizə münaqişəni həll etməyəcək. Ən məqbul yol Azərbaycan xalqının müharibə yolu ilə öz torpaqlarını azad etməsidir. Bu yol Azərbaycan xalqına da baş ucalığı gətirər!”.
Erməni xalqı dilənçi günündədir: "Qarabağ münaqişəsi həll olunmadan sosial səfalət hökm sürəcək"
17:20 25.07.2019
Siyasət
580
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanın qlobal iqtisadiyyatdakı rolu artır -ANALİZ
08:03 24.01.2025
Aktual
Türkiyə Silahlı Qüvvələrinin zabiti İraqda şəhid olub
07:16 24.01.2025
Region
14 minə yaxın erməni əsgər can üstədir -ŞƏRH
07:00 24.01.2025
Dünya
Ezgi ilə Salihin serialı bu tarixdə başlayacaq
06:34 24.01.2025
Şou
Ukrayna savaşı 100 günə bitəcək -ŞOK PROQNOZ
06:12 24.01.2025
Dünya
Səyahət infeksiyalarından qorunmağın yolları
05:31 24.01.2025
Sağlamlıq
Politoloq: İran Ermənistandan gələcək zərbələri bilir
05:05 24.01.2025
Region
Rüşvət alan hakim məhkəmə zalında həbs edildi
04:53 24.01.2025
Hadisə
NATO-nun müdafiə nazirləri Brüsselə toplanır
04:31 24.01.2025
Dünya
Tramp qərarlıdır: Atəşkəslə razılaşmayan tərəf uduzacaq
04:16 24.01.2025
Dünya
Rusiya qoşunları Novovasilyevkanı da işğal etdi
02:27 24.01.2025
Hərbi
Türkiyədə hoteldə yanğınla bağlı saxlanılanların sayı 12-yə çatıb
00:55 24.01.2025
Hadisə
Ürək və böyrək sağlamlığına nəzarət etmək üçün cihaz hazırlanır
00:32 24.01.2025
Sağlamlıq
Sabah bu ərazilərdə işıq olmayacaq - XƏBƏRDARLIQ
00:12 24.01.2025
Cəmiyyət
“Qarabağ” uduzdu, cüzi olan pley-off şansını tam itirdi
23:49 23.01.2025
İdman
Odlu silahdan açılan atəşlə ölən əsgərimizin - FOTOSU
23:46 23.01.2025
Hadisə
ÜST Gürcüstanı malyariyadan azad ölkə kimi tanıdı
23:33 23.01.2025
Dünya
Qasırğaya görə məktəblərdə dərslər dayandırılır
23:27 23.01.2025
Dünya
Hakan Fidan iranlı həmkarı ilə danışdı
23:15 23.01.2025
Region
Tramp danışdı, neft ucuzlaşdı
22:52 23.01.2025
Dünya