“İranda parlament seçkilərinin demokratik keçiriləcəyini düşünmürəm. Rejimin bu addımı atması real görünmür”.
Bu fikirləri Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib.
Analitik qeyd edib ki, Güney Azərbaycanda yaşayan soydaşlarımızın son illərdə siyasi aktivliyi digər illərə nisbətən artıb:
“Bu, seçkilərdə müəyyən qədər təsirə malik ola bilər. Ancaq yenə də deyirəm soydaşlarımız lazım olan səsi toplasa belə, İran rejiminin səsləri tanıyacağı şübhə doğurucu məqamdır”.
Qeyd edək ki, gələn ilin fevral ayının 21-də İranda növbəti parlament seçkiləri keçiriləcək.