“Deputat səlahiyyətimə xitam verilməsi üçün tərəfimdən Milli Məclisə müraciət ünvanlanıb”.
Bu sözləri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan deputat Elşad Həsənov deyib. O qeyd edib ki, qanunvericilik çərçivəsində prosedur qaydaları yerinə yetiriləcək:
“Bildiyiniz kimi, qanunvericiliyə əsasən, deputat icra hakimiyyəti orqanlarında vəzifə tutduqda səlahiyyətlərinə xitam verilir. İcra başçısı təyin edildikdən sonra bununla bağlı Milli Məclisə müraciət ünvanlamışıq. Prosedur qaydalarına uyğun olaraq, Milli Məclisin təqdimatı ilə məsələ Mərkəzi Seçki Komissiyasına göndəriləcək”.(Modern.az)
Qeyd edək ki, 17 saylı Yasamal üçüncü seçki dairəsindən Milli Məclisin deputatı olan Elşad Həsənov Prezident İlham Əliyev sərəncamı ilə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.