Bu gün Milli Məclisin plenar iclası keçiriləcək. Sherg.az-ın xəbərinə görə, parlamentin iclasının gündəliyinə 22 məsələ daxil edilib.
Həmin siyahını təqdim edirik:
1. “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş).
2.”Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş)
3. “İşsizlikdən sığorta fondunun 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş)
4. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş)
5. “Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi barədə (üçüncü oxunuş)
6. “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik layihəsi (üçüncü oxunuş)
7. “Məşğulluq haqqında” qanunda dəyişiklik layihəsi (üçüncü oxunuş)
8. “Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi (üçüncü oxunuş)
9. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)
10. Milli Məclisin 2020-ci il üçün xərclər smetası haqqında
11. Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında
12. İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında
13. “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik layihəsi (üçüncü oxunuş)
14. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanunda dəyişiklik layihəsi (üçüncü oxunuş)
15. Mülki Prosessual Məcəlləsində dəyişiklik layihəsi (üçüncü oxunuş)
16. Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan qanun layihəsi barədə (üçüncü oxunuş)
İnzibati Prosessual Məcəlləsində dəyişiklik layihəsi (üçüncü oxunuş)
18. İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi (üçüncü oxunuş)
19. “İnzibati icraat haqqında” qanunda dəyişiklik layihəsi (üçüncü oxunuş)
20. “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik layihəsi (üçüncü oxunuş)
21. “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik layihəsi (üçüncü oxunuş)
22. “Tibbi sığorta haqqında” qanunda dəyişiklik layihəsi (ikinci oxunuş)