Prezident Administrasiyasında yeni şöbə yaradılıb.
AZƏRTAC-ın xəbərinə görə, bu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamında əksini tapıb.
Sərəncamla, Prezident Administrasiyasının yeni Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılıb, Ədalət Vəliyev şöbənin müdiri təyin edilib.