Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
İclasın gündəliyinə cəmi bir - parlamentin buraxılması ilə bağlı məsələ - daxildir.
Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının iclasında partiyanı Milli Məclisdə təmsil edən deputatlara parlamentin buraxılması təşəbbüsü ilə çıxış etmək tövsiyə olunub.