"Mətbuatda və siyasi kuluarlarda parlamentin fəaliyyət göstərə bilməməsi ilə bağlı səslənən fikirlər kökündən yanlışdır".
Sherg.az-ın xəbərinə görə, bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) MM-dəki təmsilçisi Fəzail İbrahimli Milli Məclisin buraxılması ilə bağlı keçirilən xüsusi iclasda səsləndirib.
Deputat bildirib ki, parlamentə bu müstəvidən yanaşmaq doğru deyil:
"Çünki biz bütün məsələlərdə monolit olmuşuq və ölkə başçısına dəstək vermişik. Bəs sual olunur ki, nə üçün parlament buraxılır? Ona görə ki, bu gün dövlət strukturlarında dəyişikliklər baş verir. Buna görə də qanunverici hakimiyyət bundan kənarda qalmamalıdır. Bəzən KİV-lərdə kimlərinsə uğursuz çıxışlarının parlamentin buraxılmasına əsas verdiyini bildirirlər. Bu, yalnışdır. Burada kifayət qədər intellektual insanlar var”.