Qüdrət Həsənquliyev Naxçıvan dairəsinə getmədi: Yeni dairədən namizəd olacaq

BAXCP sədri Qüdrət Həsənquliyev növbədənkənar parlament seçkilərində iştirak üçün 36 saylı Xətai dördüncü seçki dairəsindən öz namizədliyini irəli sürüb.

Q.Həsənquliyev bir neçə dəfə 7 saylı Ordubad-Culfa seçki dairəsindən millət vəkili seçilib.

Qeyd edək ki, 36 saylı Xətai dördüncü seçki dairəsindən beşinci çağırış Milli Məclisə Səməd Seyidov deputat seçilmişdi.