Gürcüstanda 238 siyasi partiya fəaliyyət göstərir


Hazırda Gürcüstanda 238 siyasi partiya fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Reyestr Xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, siyasi partiyaların 7-si 2019-cu ildə yaradılıb. Amma xidmətin siyahısında bu günlərdə yaradılmış “Gürcüstan üçün birlik” partiyasının adı yoxdur. Amma 2001-ci ildə yaradılmış və hazırda fəaliyyət göstərməyən “Yeni sağçılar” partiyası siyahıya daxil edilib.

Bu partiyanın lideri Mamuka Katsitadze AZƏRTAC-a müsahibəsində bildirib ki, “Yeni sağçılar” xeyli vaxtdır fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Gürcüstanda siyasi birliklərin, partiyaların reyestri 1997-ci ildən fəaliyyət göstərir. Reyestrin siyahısında 250 partiyanın adı var. Onlardan 12-nin adı ləğv olunma və yenidən qurulma ilə əlaqədar reyestr xidmətinin siyahısından çıxarılıb.