YAP-da toplantı – Deputatlığa namizədlərin siyahısı açıqlanacaq (YENİLƏNİB)

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin YAP-ın qərargahında keçirilən iclası başa çatıb.

YAP İdarə Heyəti üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunub. 

12:58

Bu gün Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilir.

İclasda növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra siyahı təsdiq ediləcək.  

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevralın 9-da keçiriləcək.