Əli Həsənov: “Deputatlığa namizədliyimi irəli sürməyəcəm”

“Mən deputatlığa namizədliyimi irəli sürməyəcəm”.

APA-nın məlumatına görə, bunu Baş nazirin sabiq müavini Əli Həsənov bildirib.

Ə. Həsənov deyib ki, deputatlığa namizədliyini vermək fikrində olmayıb:

“Mən sovet dövründə istəməyə-istəməyə deputat seçilmişəm. İkinci dəfə isə 1995-ci ildə İsa Qəmbərin alternativi olaraq deputat mandatı qazanmışam”.