MSK-nın bugünkü iclasında 74 saylı Lənkəran kənd seçki dairəsi üzrə məsələnin müzakirəsi aparılıb.
Məsələ barədə MSK üzüv Qabil Orucov məlumat verib. Q.Orucov konkret seçki məntəqələrində baş verən pozuntular barədə məlumatı səsləndirib.
MSK üzvü təqdim edilmiş faktların araşdırılması zamanı bu seçki dairəsində seçkinin nəticəsinə bu və ya digər formada təsir edə biləcək pozuntuların baş verdiyini bildirib.
O, qeyd edib ki, bu pozuntular öz təsdiqini tapıb.
İclasda qərara alınıb ki, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin Milli Məclisə seçkilərlə əlaqədar nəticələri ləğv edilib.
Qeyd edək ki, MSK-nın açıqladığı ilkin rəsmi nəticələrə görə, həmin dairədə lider namizəd Hadi Rəcəbli idi.