Milli Məclisə növbədənkənar seçkilərdə 105 saylı Tovuz Seçki Dairəsinin lider namizədi Qənirə Paşayeva parlamentin spikeri olacağı ilə bağlı iddialara münasibət bildirib.
Serq.az-ın xəbərinə görə, Q.Paşayeva “Facebook” hesabında yazıb ki, yayılan məlumatlar əsassızdır.
“Sadə bir həqiqəti paylaşmaq istərdim ki, Milli Məclis sədri ən çox deputat mandatı qazanmış partiyanın üzvləri arasından seçilir. Hazırda belə status hakim Yeni Azərbaycan Partiyasındadır. Mən isə bitərəfəm”.
O bildirib ki, Milli Məclisin yeni tərkibi Konstitusiya Məhkəməsinin qərarından sonra bəlli olacaq.
“Xahiş edirəm əsassız informasiya yayan sosial şəbəkə fəalları, media mənsubları bu sadə həqiqəti gözardı etməsin. Həqiqəti əks etdirməyən məlumatları yaymamanızı və paylaşmamanızı xahiş edirəm”.