Mərkəzi Seçki Komissiyasının (MSK) dünənki iclasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyasının müraciətinə də baxılıb.
Qeyd edək ki, fevralın 11-də ATƏT/DTİHB fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya məktub daxil olub. Missiya rəhbəri müraciət edib ki, müşahidəçilərdən biri – Aygün Attarın akkreditasiyası ləğv edilsin. Müzakirələrdən sonra MSK tərəfindən Aygün Attarın akkreditasiyası ləğv edilməsi məsələsi səsverməyə çıxarılıb və qəbul edilib.
A.Attar isə bunu ATƏT-in Azərbaycana qarşı qərəzli mövqeyi ilə bağlayır. Attar məsələ ilə bağlı danışarkən deyib ki, ATƏT ölkəmizə qarşı qərəzlidir.
Xanım müşahidəçi REAL TV-yə müsahibəsində bir çox mətləblərə toxunub. Həmin videomaterialı təqdim edirik: