"İlham Əliyev Münhendə intellektual performans göstərdi" - Paşinyan özünü itirdi

Əlisahib Hüseynov:"Dövlət başçısı İlham Əliyevin cavabından qürur duydum. Düşmənlərimizi bütün müstəvilərdə bax bu cür darmadağın etməliyik!"


"Münhendəki debat bir daha onu göstərdi ki, indi Qarabağ savaşında növbəti dönəm başlayıb".

Bunu "Sherg.az"a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov deyib.

Partiya sədri bildirib ki, bu, Azərbaycanla Ermənistan arasında cərəyan edən intellektual savaş, ideoloji savaş dönəmidir: 



"Və bu dönəmə təkcə Prezident İlham Əliyev deyil, biz hamımız hazır olmalıyıq. Dövlətimizin başçısı Münhendə mükəmməl mövqe sərgilədi, performans göstərdi. Dövlət başçısı İlham Əliyevin cavabından qürur duydum. Düşmənlərimizi bütün müstəvilərdə bax bu cür darmadağın etməliyik!".

Məlumat üçün bildirək ki, dünən Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iştirak ediblər. Müzakirə zamanı Azərbaycan Prezidenti İlham Əliyev N.Paşinyanı gerçək tarixə  söykənən faktlarla susdurub.