XİN başçılarının videokonfrans formatında keçiriləcək görüşünün vaxtı məlum olub


"Şərq Tərəfdaşlığı" ölkələrinin Xarici İşlər nazirlərinin videokonfrans formatındakeçiriləcək görüşünün tarixi müəyyənləşib.

APA-nın Avropa İttifaqı Şurasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının görüşü yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar virtual formatda iyunun 11-də keçiriləcək.

İyunun 18-də isə "Şərq Tərəfdaşlığı" ölkələrinin videokonfrans formatında Sammiti baş tutacaq.