BMT Baş Assambleyasına ilk dəfə türk diplomat rəhbər seçildi

Türkiyəli siyasətçi Volkan Bozkırın Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasına Prezidentliyi təsdiqlənib.

APA-nın yerli bürosunun Türkiyə mediasına isitinadla xəbərinə görə, 192 ölkə təmsilçilərinin 178-dən səs çoxluğu alan keçmiş Avropa İttifaqı rəhbəri Volkan Bozkır qalib olub.

Qeyd edək ki, Volkan Bozkır 1945-ci ildən Türkiyənin də iştirakı ilə yaradılan BMT Baş Assambleyasına rəhbərlik edəcək ilk türkiyəli təmsilçidir.

Onu da bildirək ki, BMT-yə üzv olan 193 ölkənin dövlət və hökumət başçılarının 75-ci sessiyası bu il yeni növ koronavirusla əlaqədar telekonfrans vasitəsilə baş tutacaq.