Dünyada ermənilərə baxış dəyişir

Əksəriyyət hesab edir ki, onlar ağıllarını itirib, xülyalarla yaşayırlar


Terroru, şovinizmi və faşizmi müdafiə edən Ermənistan çirkin niyyətini davam etdirməkdədir. 2005-2008-ci illərdə Ermənistanın Milli Kino Mərkəzi tərəfindən hazırlanmış “Evə gedən yol” cizgi filmi günlərdir dövlət televiziya kanalında nümayiş etdirilir. Filmdə 2050-ci ildə Ermənistan ərazisinin Gürcüstan, İran, Türkiyə və Azərbaycan torpaqları hesabına necə genişləndiyindən və bir qrup məktəblinin “düşməndən azad olunmuş” həmin ərazilərə səyahətindən bəhs edilir.

Film vasitəsilə ermənilərə uşaqlıqdan qonşu xalqlara qarşı nifrət aşılayır, işğalçı ruhda böyüdürlər. Azyaşlılara “Böyük Ermənistan” xülyası təlqin olunur. Ermənistanın 3-cü prezidenti Serj Sarkisyan 2011-ci ildə tələbələrlə görüşü zamanı “Qərbdəki torpaqlar bizə geri dönəcəkmi” sualını “Bu sizdən və sizin nəsildən asılıdır” deyə cavablandırıb.

Sarkisyan bildirib ki, əvvəlki nəsil üzərinə düşəni yerinə yetirib və Qarabağı “düşmən”dən alıb. Eks-prezident öz ifadələri ilə Gürcüstanın, Türkiyənin və Azərbaycanın digər ərazilərinin işğal edilməsi öhdəliyini gənc nəslin üzərinə qoyub. Sabiq prezident Robert Koçaryanın ixtisasca həkim olan arvadı Bella Koçaryan isə ermənilərin “ali irq” olduğunu iddia edib.

B.Koçaryanın fikrincə, ermənilərə yalnız erməni qanı vurulmalıdır. Çünki erməni qanı “spesifik-genetik” struktura malikdir. Ermənistanın hazırkı prezidenti Armen Sarkisyan da ermənilərin Allah tərəfindən seçilmiş bir “millət” olduğunu düşünür. Bu cür yanaşmalar bizə faşist Almaniyasında “qan və torpaq” şüarını xatırladır.

Faşistlər qanın “təmizliyini” qorumaq üçün “ari irqinə” məxsus olmayan şəxslərlə evlənməyi qadağan etmişdilər. Hitler Almaniyasında da almanların seçilmiş irqə məxsus olduqları barədə təbliğat aparılırdı. Ermənistanda faşist Almaniyasına xidmət etmiş generalların təbliğ olunması da ermənilərin kimləri örnək aldığını göstərir. Ümumiyyətlə, Ermənistanın mono-etnik ölkə olduğu və qonşu xalqlara münasibətdə daim düşmənçilik hissi ilə yaşadığı hamıya məlumdur. 

Erməni təxribatları ilə bağlı “Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, ermənilər sadəcə Azərbaycana deyil, eyni zamanda Türkiyəyə, hətta düşmənə yardım edən İran və Gürcüstana da ərazi iddiası irəli sürürlər. QAT sədrinin sözlərinə görə, əksər ölkələr ermənilərin “Böyük Ermənistan” arzusuna qeyri-ciddi yanaşır:

“Dünyada ermənilərə baxış dəyişir. Əksəriyyət hesab edir ki, ermənilər ağıllarını itirib, xülyalarla yaşayır. Ötən gün Ermənistanda “dost və düşmən ölkə kimdir?” adlı sorğu keçirilib. Rəylərə əsasən, ermənilər özlərinə Qərb ölkələrini deyil, sadəcə, Rusiyanı dost biliblər. Amma Moskvaya güvənən ermənilərin sayı xeyli azalıb. 2013-cü ildə 83 faiz insan Kremlə ümid edirdisə, indi bu rəqəm 57 faizə düşüb. Sadəcə, 4-5 faiz insan Fransanı özünə yaxın görüb. Halbuki, Fransa ermənipərəst ölkə kimi təqdim edilir”. 

A.Nağı hesab edir ki, dünya ictimaiyyəti ermənilərin xəstə ruhlu olduğunun fərqinə varmaqdadır:

“Ermənilər utopiya naminə hər cür çirkin əmələ hazırdır. Həm Qərb dövlətləri, həm də Ermənistana qonşu olan ölkələr bu reallığı unutmamalıdır. Biz də uzun müddət ermənilərin iddialarına məhəl qoymamışıq, nəticədə arxadan quyumuzu qazaraq, torpaqlarımızı əlimizdən alıblar. 30 ildir əl atmadıqları təxribat, uydurma qalmayıb. Qonşu ölkələrlə də münasibətlərimizi korlamağa çalışıblar. Türkiyə həmişə bizimlədir, yaxşı olar ki, İran və Gürcüstan da düşmənin niyyətini düzgün dəyərləndirsin. Erməni iddialarına qarşı birlikdə mübarizə aparsaq, düşmən birdəfəlik absurd istəklərindən vaz keçər və təhlükəli təbliğatlarına son verilər. İran və Gürcüstan rəsmi şəkildə ermənilərin həyasız iddialarına reaksiya verməlidir. Xüsusən, İrəvana iqtisadi yardımlar edən Tehran hökuməti İrəvanla münasibətləri gözdən keçirməlidir. Ermənilər Rusiya üçün də təhlükəlidir. Ölkənin cənub bölgəsində, Krasnodar əyalətində erməni diasporası Moskva üçün ciddi təhdidə çevrilib. Düşmənlərimiz onları himayə edənlər üçün belə arzuolunmazdır”.